Zülallaların birincili quruluşu: amin turşularının düzülüşü

Zülalların canlı aləm üçün olduqca mühüm olan formalarının ən vacib göstəricisi zülalları təşkil edən amin turşularının sıralanmasıdır. Amin turşularının düzülüşü normaya uyğun olmadıqda bir çox genetik xəstəliklərə səbəb olur. Bu səbəbdən də zülalların birincili quruluşu, yəni amin turşularının düzgün sıralanması son dərəcə vacibdir.
Amin turşularının düzülüşü zülal üçün onurğa rolunu oynayır. Hər növ zülalın onurğa sütunu onun üçün xüsusi olaraq xəlq edilmişdir. Onurğalı heyvanlarda onurğa sütununun bədənin formasını müəyyən etdiyi kimi, zülalların formasını da zülalın onurğa sütunu müəyyən edir. Hər amin turşusu isə onurğadakı fəqərə kimidir. Necə ki, orqanizmin fəaliyyətini yerinə yetirmək üçün onurğa sütunundakı hər bir fəqərənin müəyyən yerdə olması gərəkirsə, eləcə də hər bir amin turşusu da zülallardakı bəzi xassələrin meydana gəlməsi üçün müəyyən bir yerdə durmalıdır.

 

Zülallardakı onurğa insan orqanizmindəki onurğa sütunu ilə müqayisədə oynadığı rol çox oxşar olsa da, aralarında müəyyən fərqlər də vardır. Zülalların onurğaları millimetrin milyonda biri qədər kiçik sahədə fəaliyyət göstərirlər. Bu qədər kiçik bir yerdə bu qədər vacib bir mexanizmi formalaşdıran bir onurğa heç şübhə yoxdur ki, çox sağlam və möcüzəvi bir quruluşdur.

Burada diqqəti çəkən vacib bir məsələ vardır. İnsan orqanizminin onurğası kimi zülalın onurğası da, yəni amin turşuları da bir-biriləri ilə uyğun formada birləşə bilmək üçün xüsusi olaraq yaradılmışlar. Fəqərələrin bir-birilərinə heç bir nöqsan olmadan birləşməsi nə qədər vacibdirsə, zülallar üçün də buna oxşar vəziyyət hakimdir. Əgər bir amin turşusu özündən sonrakı amin turşusu ilə uyğun bir sıra ilə birləşməzsə, zülal bütün funksiyasını itirər. Buradakı həssas və şüurlu yaradılışı anlamaq üçün bir az düşünək.

Millimetrin mində biri qədər yerdə hüceyrələrimizin içində, yəni gözlə görünməyəcək qədər kiçik bir məkanda olduqca möcüzəvi hadisələr baş verir. Hüceyrəni təşkil edən minlərlə zülal və bu zülalların ibarət olduğu yüzlərlə amin turşuları bir səhvə belə yol vermədən lazımi yerlərdə yerləşirlər. Bu qayda hər bir insan orqanizmində olan trilyonlarla hüceyrəyə tətbiq edilir. Belə qeyri-adi hal təkamülçülərin iddia etdiyi kimi, təsadüflərin əsəri deyildir. Bundan əlavə, unutmamalıyıq ki, amin turşusu dediyimiz varlıqlar gözü, qulağı və düşünmə qabiliyyəti olan şüurlu canlılar deyil. Bu varlıqlar müəyyən sayda atomun birləşməsindən əmələ gələn kiçik molekullardır. Yəni amin turşuları şüursuz atomlardan təşkil olunmuşdur. Bəs canlı aləm üçün lazım olan bir zülalın necə əmələ gəlməsinə, hansı amin turşusunun harada yerləşdirilməli olmasına qərar verən kimdir? Ola bilərmi ki, amin turşularının içindəki atomlar bir gün birləşib qərar versinlər və: “Biz belə bir düzülüşdə sıralanıb bir amin turşusu əmələ gətirək, sonra da bizim kimi başqa amin turşusu düzəldən atomlarla razılaşıb bir zülal düzəldək”, - demiş olsunlar? Əlbəttə, belə bir iddia olduqca məntiqsizdir.

Şüursuz atomların belə bir bacarığı olmadığı kimi, onların bir yerə yığılıb amin turşusu əmələ gətirməsi və onların da birləşib zülal əmələ gətirmək qərarını vermək mexanizmi də mövcud deyil. Bütün bu varlıqları ən uyğun yerlərə yerləşdirən, bu yolla canlı hüceyrələrin əsas vahidi olan zülalları meydana gətirən və bu hüceyrələrlə yer üzərində qüsur olmadan və çoxsaylı müxtəliflikdə bir həyat yaradan Allahdır. Allah atomlardan başlayaraq hədsiz böyük olan qalaktikalara qədər bütün aləmlərin Rəbbidir.