Amin turşularının düzülüş forması

Zülallar amin turşuları adlı molekullardan təşkil olunurlar. Amin turşuları zülallara nisbətən daha kiçik molekullar olmalarına baxmayaraq, olduqca mürəkkəb bir quruluşa sahibdirlər. Amin turşularını təşkil edən atomlar üç ayrı qrup şəklində olur; amin qrupu, karboksil qrupu və yan zəncir qrupu (və yaxud radikal qrup).
Bütün amin turşularında amin və karboksil qrupları eynidir. Bir amin turşusunun digərindən fərqləndirən xüsusiyyət molekula uc hissədən birləşən yan zəncir qrupudur. Bu yan zəncir qruplarının hər amin turşusunda müxtəlif olması səbəbindən hər bir amin turşusu digərindən fərqli xassələrə malik olur.

Necə ki, hər hansı bir maşının quruluşunda müxtəlif materiallar istifadə edilir, eləcə də bədənimizdəki çox mürəkkəb vəzifələri yerinə yetirməsi üçün zülal maşınlarında da fərqli səciyyəvi xüsusiyyətlərə malik olan materiallar olmalıdır. Məhz amin turşuların yan zəncir qruplarındakı atomların forması, sayı və sıralanması, elektrik yüklərinin müxtəlif olması amin turşularına fərqlilik qazandırır və bu müxtəlif materiallardan da özləri də müxtəlif olan zülal maşınları istehsal olunur. Məsələn, yan zəncir qruplarının “+” və ya “-” elektrik yüklü olması,  yaxud da yüksüz olması amin turşusu molekulunun suda əriyib əriməməsini təmin edir.

Bu şəkildə müxtəlif səciyyəvi xüsusiyyətlərə malik olan amin turşularının müxtəlif düzülüşdə bir-birinin yanında gəlmələri zülalın orqanizmdə heyrət doğuracaq qədər müxtəlif vəzifələri yerinə yetirə bilməsini təmin edir. Lakin canlılarda mövcud olan amin turşularında olduqca məxsusi bir məqam müzakirə mövzusudur. Təbiətdə 200-dən artıq amin turşusunun mövcud olmasına baxmayaraq, zülallar bu amin turşularının sadəcə 20-sindən təşkil olunur.