TƏKAMÜL NƏZƏRİYYƏSİNİN ƏN ÇIXILMAZ MƏQAMI: ZÜLALLAR NECƏ ƏMƏLƏ GƏLİB?

Təkamül nəzəriyyəsinin ən böyük səhvlərindən biri olduqca mürəkkəb, ən mükəmməl xassələrə malik olan və mürəkkəb əməliyyatları həyata keçirən bir sistemin təsadüfən, özbaşına əmələ gəldiyini iddia etməsidir. Çarlz Darvin təkamül nəzəriyyəsini irəli sürdüyü 19-cu əsrdə, canlı aləmin əsas vahidi haqqında çox az məlumat var idi. Həmin dövrdə mövcud olan mikroskoplarda hüceyrə yalnız qara ləkə kimi görünürdü və bəziləri tərəfindən isə jeleyəbənzər bir forma olaraq xarakterizə edilirdi. Bu səbəbdən də, Darvinin “canlı aləm ibtidai hüceyrənin öz-özünə təsadüfən əmələ gələrək inkişaf etməsindən yaranmışdır” kimi iddiası rədd edilmədi. Lakin 20-ci əsrin xüsusən  ikinci yarısından etibarən inkişaf edən elm və texnologiya hüceyrənin nə qədər mürəkkəb və üstün bir quruluşa sahib olduğunu aşkarladı. Hüceyrə təkamülçülərin iddia etdiyi kimi təsadüfən əmələ gəlməyəcək qədər mürəkkəb quruluşa malikdir və dünyada mövcud ən kompleks fabrikdən daha mürəkkəb bir sistemə sahibdir.

Bu sayt boyunca da söz edildiyi kimi, hüceyrənin təməl hissələri olan zülalların hər biri olduqca mürəkkəb quruluşa malikdir və onun hissələri arasında qeyri-adi bir təşkilatçılıq, mükəmməl bir planlama var. Hər bir zülal insan orqanizmində çox mühüm funksiyaları yerinə yetirir; sintez edilməsi, fəaliyyəti və tərtibatı ilə insanda heyranlıq yaradan zülallar çoxsaylı elementlərdən ibarətdir. Belə strukturların, cansız və şüursuz atomların təsadüfən bir yerə toplanaraq, qüsursuz bir təşkilatçılıq, əmək bölgüsü və olduqca mürəkkəb quruluşlar yaratmaqla meydana gəlmələrini iddia etmək olduqca məntiqsizdir. Halbuki, təkamülçülər sadəcə materialist ideologiyalarını müdafiə etmək və bir Yaradıcının varlığını inkar etmək məqsədilə təkamül nəzəriyyəsinin elm qarşısında iflasa uğramasına baxmayaraq, onu gözü bağlı müdafiə edirlər. Bunun üçün onlar ağıla zidd iddialar irəli sürür, saxta dəlillərdən istifadə edərək onları böyük cəsarətlə demoqoqluqla izah edirlər. Bu minvalla, bu cür mövzular barədə o qədər də düşünməyən cahil insanları təsirləri altına salmağa çalışırdılar. Məsələn, Türkiyədə təkamül nəzəriyyəsinin müdafiə edən bir təkamülçü alim təkamül fikrini inandırıcı göstərmək üçün zülalların təsadüfən əmələ gəlməsini çox asan bir iş kimi qələmə verir. Lakin zülallar haqqında az da olsa məlumatı olan və bir az da diqqətli bir insan belə bu izahdakı çıxarılan yanlış nəticəni və təhrifləri görə bilər. Bu təkamülçünün sözügedən ifadələri aşağıdakı kimidir:

Təkamülçü müddəa həm cansız, həm də canlı aləmdə sadədən mürəkkəbə, müəyyən zaman içərisində (milyardlarla il ərzində; milyonlarla, bəlkə milyardlarca reaksiyalar nəticəsində), təkamül nəticəsində getdikcə daha da mürəkkəb quruluşlara keçməsi deməkdir. Bunu düsturla ifadə etsək, müddət sözügedən ilkin iki elementlə başlamışdır; a ilə b-nin birləşmə ehtimalı deyək ki, əlli faizdir; ab birləşməsinin yaranmasından sonra da onlara c elementinin birləşməsi də əlli faiz ehtimaldır; abc-yə d elementinin birləşməsi də əlli faiz ehtimal və yaxud buna bənzər ehtimaldır. Bunların hamısının eyni anda əmələ gəlməsi fikri və bunun qeyri-mümkün olması təkamülçülərə yüklənə bilməz.

Bu sözlərlə biokimyadan az məlumatı olan insanın belə təəccüblə qarşılayacağı uydurma bir ssenari təqdim edilir. Bu təkamülçü zülalların təsbeh dənələri kimi bir-birilərinə düzülmüş amin turşuları yığınlarından ibarət olduğunu hesab edir, amin turşularının 20 növ olduğunu, daha da vacibi bir amin turşusu zəncirini zülal sayıla bilməsi üçün mütləq müəyyən sıra ilə düzülməsinin zəruri olduğunu bilir və ya bilə-bilə görməməzliyə vurur.

Bu bir şeiri “hərflərin təsadüfi yan-yana düzülməsi” hesab edərək, sonra da: “Bir şerin təsadüfən meydana gəlməsi çox asandır; iki hərfi yan-yana qoysanız, sonra da üçüncünü, dördüncünü onlara əlavə etsəniz, beləliklə, minlərlə hərflik bir şer asanlıqla əmələ gəlmiş olur”, - deməyə oxşayır. Halbuki, hərflərin məna kəsb edərək şeir ola bilməsi üçün müəyyən bir sıra ilə sıralanmalıdırlar. Amin turşularının düzlənərək zülalları əmələ gətirmələri bundan qat-qat çətin və mürəkkəb bir prosesdir.

Buna oxşar qaydada, amin turşusularının sıralanması da zülalı təşkil etmək üçün müəyyən sıra ilə düzülməlidir. Bu müəyyən düzülüşün təsadüf nəticəsində meydana gəlmə ehtimalı sıfırdır. (Məsələn, 400 amin turşusunun müəyyən sırayla düzülmə ehtimalı 10520-də bir ehtimaldır. Bu, 1 rəqəminin yanına 520 ədəd sıfırın yazılması ilə əldə edilən rəqəmdə bir ehtimaldır.)

Zülalların təsadüfən meydana gəlməyəcəyi həqiqəti ən qatı təkamülçülər tərəfindən belə qəbul edilir. Məsələn, molekulyar təkamül nəzəriyyəsinin banisi sayılan rus alimi Aleksandr Oparin: “Zülalların quruluşunu tədqiq edənlər üçün bu maddələrin öz-özünə birləşmiş olmaları Roma şairi Virgilinin məşhur Aneida əsərini ətrafa səpələnmiş hərflərdən təsadüfi olaraq meydana gəlmiş olması qədər qeyri-mümkündür”, - demişdir.

Eyni ehtimal hesabları Devid Şapiro, Harold Morovits, Frensiz Krik, Karl Sagan, Lekont dü Nvi, Frenk Salisberi kimi məşhur təkamülçülər tərəfindən aparılmış və eyni nəticələr alınmışdır.

Hər bir zülalın xüsusiyyətlərinin və funksiyalarının amin turşularının düzülüşü ilə və aralarındakı rabitələrlə əlaqədar olduğu artıq neçə illərdir ki, elmə məlumdur. Məsələn, Histon zülalı xaricdən qüsursuz müsbət yükün paylaşdırılması sayəsində üç ölçülü formanı alır. Bu zülalın belə formada olması və malik olduğu yükü sayəsində əmələ gələn struktur quruluşu DNT-nin öz ətrafında müvafiq qaydada fırlanmasında və məlumatları saxlamağa imkan verən formadadır. DNT-nin məlumatı yaddaşda saxlamaq həcmi bu sayədə ən son kompyuter çiplərindən bir neçə milyon dəfə çoxdur.

Yəni hüceyrələrimizdəki DNT molekulları bu zülal sayəsində bütün orqanizmdəki məlumatı saxlayaraq şifrələyə bilir. Zülal və DNT molekullarının bu dərəcədə mürəkkəb quruluşa sahib olduqlarını kəşf etməklə bütün aləm amin turşuları ilə dolub daşsa belə, canlı aləmin bu amin turşularından təsadüfən birləşərək meydana gələ bilməməsi qəti olaraq qəbul edilmişdir. Təkamülçü geoloq Vilyam Stoks bu həqiqəti belə etiraf etmişdi:

Əgər milyardlarla il boyunca milyardlarla planetin səthi tərkibində lazımi amin turşuları olan sulu qatılaşmış təbəqə ilə örtülsəydi belə, yenə də (zülal) əmələ gələ bilməzdi.
Bütün bunlarla yanaşı, daha əvvəlki fəsillərdə də qeyd edildiyi kimi, bir zülal molekulunun əmələ gəlməsi üçün bir çox şərt eyni anda var olmalıdır, hansı ki, qəti olaraq imkansızdır.
Belə şərtlərdən bəzilərinin qısa xülasəsini versək:
-Zülallar arasında ən kiçiyinin əmələ gəlməsi üçün yüzlərlə amin turşusu müəyyən sayda, müvafiq növdə və xüsusi bir sıra ilə düzülməlidir,
- Yalnız bir amin turşusunun artıq, əksik və ya yerinin səhv düşməsi həmin zülalı yararsız hala salır,
- Bir zülalı təşkil edən amin turşuları ancaq sol əlli olmalıdırlar, yalnız bir sağ əlli amin turşusunun həmin sıraya qarışması həmin zülalın yararsız hala düşməsinə səbəb olur,
-Amin turşuları öz aralarında yalnız peptid rabitəsi adlanan xüsusi kimyəvi rabitə ilə birləşməlidir, digər kimyəvi əlaqələrlə bağlanmış olsa, zülalın quruluşu pozular,
-Zülalın müəyyən funksiyaları yerinə yetirməsini təmin edən onun üç ölçülü formasıdır. Bu üç ölçülü forma bir çox hallarda hüceyrə daxilində ribosomda zülal sintez edilərkən xüsusi fermentlərin köməkliyi ilə həyata keçirilir, həmin bu forma əksər zülal növlərində öz-özünə yarana bilməz. Bu səbəbdən də ilk yararlı zülal sintez edilirkən bundan əvvəl digər fermentlər artıq təbiətdə mövcud olmalıdır, tək bu fakt təkamül nəzəriyyəsinin əsassızlığını sübut etməyə kifayət edir.

Yuxarıda sadalanan şərtlərin birinin belə öz-özünə təsadüf nəticəsində meydana gəlməsi ehtimal hesablamalarına görə də imkansızdır. Məsələn, alimlər 500 amin turşusundan təşkil edilmiş bir zülalın (minlərlə amin turşusundan ibarət olan zülallar da mövcuddur) təsadüfən əmələ gəlmə ehtimalını hesablayaraq belə bir nəticə əldə etmişlər:
1.   Amin turşularının lazımi formada düzülmə ehtimalı: 10650-də 1 ehtimal
2.   Amin turşularının hamısının sol əlli olması ehtimalı: 10150-də 1 ehtimal
3.   Amin turşularının öz aralarında peptid əlaqəsi ilə bağlanma ehtimalı 10150-də 1 ehtimal
Ümumi ehtimal:
10950-də 1 ehtimal.
10950 rəqəmi 1 rəqəminin yanında 950 ədəd sıfırın yazılması ilə alınan çox böyük rəqəmdir. 1 milyard rəqəmini yazmaq üçün 1 rəqəminin yanına 9 sıfır əlavə edildiyi halda, bu rəqəmin necə böyük olması daha da aydın başa düşülür. Bu rəqəmin böyüklüyünü izah etmək üçün başqa bir misal isə kainatdakı bütün atomların ətrafında fırlanan elektronların sayıdır. Bu rəqəm təxminən 1075 hesablanmışdır.
10950=1075.1075.1075.1075.1075.1075.1075.1075.1075.1075.1075.1075.1050

Göründüyü kimi, arada çox böyük fərq var. Bu, o deməkdir ki, dünyadakı bütün atomlar bir yerə gəlsələr belə, təsadüf nəticəsində birləşərək bir zülal molekulunu belə əmələ gətirə bilməzlər.
Təkamülçülərin üzərindən səthi keçməyə çalışdıqları başqa bir məqam isə canlı aləmin meydana gəlməsi üçün canlı aləmi təşkil edən elementlərin hamısının bir yerdə mövcud olmasının vacibliyidir.

Belə ki, bu elementlərin səmərəli olmaları üçün onlarda heç bir əksiklik olmamalıdır. Quruluşunda, formasında əksliklik olan element heç bir iş görə bilməz və təkamül iddialarına görə, təbii seçmə nəticəsində ələnər. Reduksiya oluna bilməyən mürəkkəblilik kimi tanınan bu vəziyyət təkamül nəzəriyyəsini dağılmasına səbəb ola bilən mövzulardan biridir.

Türkiyənin qabaqcıl təkamülçülərindən prof. Əli Dəmirsoy canlılardakı ən kiçik elementlərin müəyyən funksiya yerinə yetirə biməsi və ya meydana gələ bilməsi üçün bütün lazımi elementlərin eyni anda bir yerdə möcvud olmalı olduğunu aşağıdakı bir misalla izah edir:
… Məsələnin ən zəif nöqtəsi mitoxondrilərin bu xassəni necə qazanmış olmalarıdır. Belə ki, bir fərdin belə təsadüf nəticəsində belə xassəni qazanması dərk edilə bilməyəcək qədər ehtimalların cəmindən ibarətdir… Həzm prosesini təmin edən və hər mərhələsində müxtəlif formada katalitik funksiya daşıyan fermentlər həzm mexanizminin özünü formalaşdırır. Bir hüceyrəyə belə fermentlərin hamısı daxil olarsa, onlar öz funksiyalarını yerinə yetirə bilər, yox əgər onlardan bəzisi daxil olarsa, bunun heç bir mənası (yararı) olmaz. Belə ki, fermentlərin bəzilərinin əksik olması lazımi nəticənin əldə edilməsinə mane olur. Bu məqamda, elmi düşüncəyə olduqca zidd olmaqla bərabər, daha doqmatik bir izah verməmək və spekulyasiyaya yol verməmək üçün bütün həzm fermentlərinin bir dəfəyə hüceyrə daxilində və oksigenlə təmas etməzdən əvvəl heç bir əksiklik olmadan movcud olduğunu istər-istəməz qəbul etməliyik.

Bu təkamülçü alim acizanə şəkildə bütün həzm fermentlərinin bir dəfəyə hüceyrə daxilində heç bir əksiklik olmadan mövcud olduğunu qəbul etmək məcburiyyətində qaldığını ifadə edir. Bu da həzm sisteminin bütün orqanları, hüceyrələri, fermentləri və mexanizmləri ilə bir dəfəyə yaradılmış olması deməkdir. Halbuki, bu təkamülçü alim bu açıq aşkar olan həqiqəti öz sözləri ilə “elmi düşüncəyə zidd, doqmatik bir izah” kimi hesab edir və həqiqəti ifadə etməkdən qaçır. Halbuki, əsl yaradılışın dəlilləri açıq-aşkar göz qabağında olmasına baxmayaraq, bunları göz görə-görə inkar etmək elmi düşüncəyə zidd olan doqmatik bir tərzdir.

Başqa bir dünya şöhrətli təkamülçü prof. dr. Rasl Dulitle isə zülallarım əmələ gəlmələrini və funksiyalarının yerinə yetirə bilmələrini digər zülallarla bağlı olduğunu və bunu təkamülün bir çıxılmaz məqamı olduğunu belə ifadə edir:

Bu mürəkkəb və həssaslıqla tənzimlənən proses necə təkamülə uğraya bilər? Burada paradoks yaranır, əgər bir zülal digər zülalın aktivləşdirilməsi ilə bağlıdırsa, bu sistem necə meydana gəlmişdir? Bu mexanizm bütünlüklə yaranmış olmasaydı, bu sistemin elementləri heç bir işə yaramazdı.

Günümüzdə bir çox təkamülçü, heç olmasa, vicdanla hərəkət edərək zülalların və canlı aləmin təsadüfən meydana gəlməsinin imkansız olduğunu qəbul edirlər. Lakin həmin təkamülçülər yenə də ideologiyaları uğrunda bu nəzəriyyəni müdafiə etməyə davam edirlər. Aşağıda dünya şöhrətli təkamülçülərin zülalların təsadüf nəticəsində öz-özünə əmələ gəldiklərinin imkansız olduğunu etiraf edən bəzi izahları verilmişdir:

Harold Blum:

Məlum olan ən kiçik zülalların belə təsadüfən meydana gəlməsi tamamilə imzansızdır.

Hoymar Von Ditfurt:

Bu iki polimer (yumurta ağı ilə nuklein turşuları) çox qarışıq şəkildə qurulmuşdur, bundan da əlavə, onların forma və quruluşu yüksək səviyyədə originallıq nümayiş etdirir ki, bunların quruluşunun tamamilə təsadüf nəticəsində mürəkkəbləşərək bu  səviyyəyə gəlməsi böyük bir imkansızlıqdan daha artıq olub düşünülməsi belə qeyri-mümkündür.

Məsələn, canlı orqanizmlərin tamamilə təsadüf nəticəsində meydana gəlmələrinin statistik cəhətdən qeyri-mümkün olması çox müraciət olunan və elmin günümüzdəki inkişaf etmiş vəziyyətində olduqca aktual bir misaldır. Həqiqətən də, bioloji prosesləri yerinə yetirən bir zülal molekulunun quruluşunun qeyri-adi xüsusiyyətinə fikir versək, görərik ki, hamısının düzgün və lazımi bir sırayla, müvafiq zamanda, lazımi yerdə və lazımi elektrik və mexaniki xassələrlə bir-birinə rast gəlməli olan bir çox atomu bir-bir təsadüf nəticəsində rastlaşması ilə izah etmək mümkün deyil.

Kainat nə qədər böyük olursa olsun, zülal və nuklein turşularının əmələ gəlməsini təmin edən rastlaşma qeyri mümkündür…

David A. Kaufman (Florida Universiteti):

Təkamül hüceyrələrlə bir yerdə çox diqqətlə tərtib edilmiş genetik kodların mənşəyinə dair qəbul oluna bilən bir elmi izah verə bimir. Əgər bunlar olmazsa, zülallar və bir sözlə, həyat da olmaz.

Kitab boyunca zülalların quruşları, funksiyaları və sintezləri haqqında verilən bəzi məlumatlar bu gözlə görünməyəcək qədər kiçik ölçülü varlıqların təsadüfən meydana gəlmələrini qəti olaraq imkansız olduğunu göstərir. Bir məqamı da xatırladaq ki, bu kitabda izahı verilənlər zülal haqqında məlum olan informasiyanın sadəcə cüzi hissəsi, qısa bir xülasəsidir. Bunlardan başqa isə elmin zülallar haqqında izah edə bilmədiyi bir çox sirr vardır.

Zülal haqqında olan məlumatlar çox vacib iki məsələni bizə sübut edir. Bunlardan birincisi, zülalların təsadüfən əmələ gəldiyini iddia edən insanların məntiqini və düşüncə tərzini qavramaq üçün zülalları və digər yaradılış möcüzələrini öyrənməyin vacibliyidir. Çünki zülalların, hüceyrələrin, fermentlərin quruluşlarını o qədər də yaxşı bilməyən adam bunların təsadüfən əmələ gəldiyini iddia edən nəzəriyyəyə bir o qədər də ciddi yanaşa bilməz. Lakin xırdalıqları gördükcə və qavradıqca təsadüflərə iman edən bir fəlsəfənin insanlıq üçün nə qədər ciddi bir təhlükə olduğunu və dərhal qarşısının alınmasının vacib olduğunu başa düşər. Çünki bu qədər açıq-aşkar dəlillərə baxmayaraq, təkidlə təsadüflərə inanmaq ağılın, məntiqin, anlayış və qavramanın çökdüyünü göstərir. Belə insanlar istər professor, istər  onlarla elmi kitab müəllifləri, istərsə də Nobel mükafatı alsınlar, bu həqiqət dəyişilməzdir.  

Ağıl və məntiqin çökməsi, yəni bəzi insanların gördüyü və hiss etdiklərini qavramaq iqtidarında olmayan vəziyyətə düşmək bəşərriyət üçün ən böyük təhlükələrdən biridir. Bu səbəbdən də ağıl və vicdan sahibi olan insanlar bu çöküşün qarşısını almalı, lazımi tədbir görüb insanlara düzgün məlumatların, maarifləndirici sübutların çatdırılmasını təmin etməlidir.

Zülal kimi yaradılış möcüzələrinin öyrənilməsinin ikinci vacib məsələsi isə insanlara Allahın sonsuz qüdrətini və yaradılışdakı qeyri-adi ehtişamı göstərməkdir. Allahın varlığına iman edən insanlar Allahın yerdə və göydə yaradılışının dəlillərini görərək bunlar üzərində düşünürlər. Bu, onların Allaha olan sevgilərini, Ondan qorxub çəkinmələrini artırar. Allahın ayədə bildirdiyi kimi:

Allahdan Öz qulları arasında ancaq alimlər qorxarlar. Həqiqətən, Allah Qüdrətlidir, Bağışlayandır. (Fatir surəsi, 28)