Amin turşularının nizamındakı plan

Zülalların əmələ gəlməsi üçün bura qədər izah edilən şərtlərin olması da kifayət deyil. Hər zülal üçün də amin turşularının  xüsusi düzülüşü gərəkdir.
Bir zəncirin halqalarının bir-biriləri ilə birləşdiyi kimi birləşən amin turşuları birləşən kimi çox fərqli formalar alır və bununla zülalların üçölçülü şəklə düşməsini təmin edirlər. Bundan sonra izah edildiyi kimi, zülallar öz funksiyalarını yerinə yetirmək üçün belə üçölçülü formada olmalıdırlar. Lakin bunun üçün amin turşularının düzülüşündə bir amin turşusu belə yerini dəyişməməli, yerli yerində olmalı və ya fərqli bir amin turşusu ilə dəyişdirilməməlidir. Çünki bir hissənin belə çatışmaması və ya pozulması həmin hissənin içindəki uyğunluğu pozar və zülal strukturunu yararsız hala salar. Bu, bir sözün tərkibində bir hərfi dəyişməklə məna dəyişikliyinə  və ya sözün tamamən mənasını itirməsinə səbəb olan hadisəyə oxşayır. Məsələn, “göz” sözünün yazılışında səhvə yol verilərək g əvəzinə k yazılarsa, məna tamamilə dəyişər və  “köz” sözü meydana gələr. Və ya bu sözdən bir hərfi çıxarmaqla söz öz mənasını itirərək “gz” formasına düşər. Necə ki, sözlərdə bircə hərfin dəyişdiyi və ya itirildiyi zaman mənada təhriflər meydana gəlir, eləcə də zülallarda eyni hadisə müşahidə olunur. Bircə amin turşusunun yerini dəyişməsi bütün zülal molekulunun funksiyasını yerinə yetirə bilməməsinə səbəb olur və məna pozulur. Zülal tamam başqa bir molekula çevrilir. Belə ki, sözə xüsusi bir səslənmə verən bir hərf kimi hər bir amin turşusu zülala xüsusi bir xassə qazandırır. Hər bir amin turşusu forması, elektrik yükü, kimyəvi reaksiyalara girmə forması ilə tamamilə başqa səsləri bildirən hərflərə oxşayır.

Bircə amin turşusunun səhvən və ya əksik birləşməsinin orqanizmdə nə cür fəsadlara səbəb olmasına misal olaraq qan xərçəngi növü olan talassemiyanı (minor) göstərmək olar. Bildiyiniz kimi, insan orqanizmindəki bütün hüceyrələrə oksigen qandakı eritrositlər vasitəsi ilə daşınır. Oksigen molekulunun daşınması prosesini eritrositlərdə olan təxminən 600 amin turşularından ibarət olan hemoqlobin adlı zülal yerinə yetirir. Genetik xəstəlik olan talassemiyaya hemoqlobinin tərkibində olan bir amin turşusunun fərqli olması səbəb olur; hemoqlobinin amin turşusu zəncirində “qlutamin turşusu” adlı amin turşusu əvəzində “valin” adlı amin turşusu durur. Hemoqlobindəki bircə amin turşusunun belə səhv yerləşməsi zülalın funksiyasını yerinə yetirməsinə mane olur, yəni oksigeni daşıya bilmir. 600 amin turşusu içində sadəcə bir amin turşusunun qüsurlu olmasının səbəbi göründüyü kimi ölümcül xəstəlikdir.

 

Təkamül nəzəriyyəsinə görə, bütün bu amin turşuları təsadüfən birləşərək düzülmüşlər və bunun nəticəsində minlərlə iş görə bilmiş və son dərəcədə üstün xüsusiyyətlərə və funksiyalara malik olan zülal növünü formalaşdırmışdır. Bundan başqa, bu zülalların hər biri yerli yerində olub, fəaliyyətsiz qalmadan və bir-biriləri ilə əlaqəyə girərək öz funksiyalarını yerinə yetirirlər. Təsadüflərin belə qüsursuz nizam, misli görünməyən bir plan və proqramla işləyən sistemlər qurması qəti olaraq imkansızdır. Təsadüflər ancaq qarışıqlıq, dolaşıqlıq, xaos meydana gətirirlər və heç zaman yüksək bir texnologiyanın və dahiliyin üstün bir məhsulu olan maşınları yarada bilməzlər. Yararlı bir zülalın sintezi üçün lazım olan amin turşu növləri müəyyən sayda və müəyyən bir sıralamada düzülməlidirlər və bu fakt təkamül nəzəriyyəsinin təsadüf iddiasının tamamilə qeyri-mümkün olmasını açıq-aydın şəkildə izah edir. Bu qüsursuz nizamın tək bir sahibi yer üzərindəki bütün canlıları bütün molekulları ilə birlikdə yaradan Allahdır.