Zülalin üçölçülü quruluşu qüsursuz bir tərtibatın məhsuludur

Zülal zəncirindəki bütün bükülmələrin forması, vaxtı, yeri, istiqaməti, bucağının əhəmiyyətini göz önündə canlandırmaq üçün bir misal çəkək. Bu həssas formalaşmanı məşhur bir yapon oyununa (oriqami) oxşada bilərik. Bu oyunda üçölçülü bir şəkil əldə etmək üçün ikiölçülü kağız müəyyən ardıcıllıqla qatlanmalıdır. Zülal zəncirindəki bükülmələr şüurlu bir tərtibatın məhsuludur. Bunu bir kağızın qatlama təlimatına uyğun olaraq bir gəmi və ya quş maketinə çevrilməsinə oxşada bilərik. Bircə səhv qatlanma nəticədə quş maketinin alınmasına  mane olacaqdır. Sözsüz bir zülalın əmələ gəlməsi üçün lazım olan qatlanmalar bundan qat-qat mürəkkəbdir və təsadüfən əmələ gəlmələri də qəti surətdə mümkün deyil.

Əvvəlcədən hazırlanmış bir qatlama təlimatına uyğun olaraq bir gəmi maketi və ya bir quş maketi düzəltmək olar. Məhz bir zülalın üçölçülü bir şəkildə bükülməsi üçün də amin turşusu zənciri müəyyən vaxtlarda və yerlərdə, müəyyən miqdarda, müəyyən bucaq altında və istiqamətlərdə bükülməlidir. Zülallar da bu oyundakı üçölçülü formalar kimidir. Bu oyunun axırında düzəldiləcək olan formaların təsadüfən edilən qatlamalar nəticəsində alınması mümkün deyil. Çünki bu oyunda kağızın hansı hissəsinin hansı sıralamada nə qədər və hansı formada qatlanacağı nəticədə əldə ediləcək hər bir forma üçün əvvəlcədən bu sahənin mütəxəssisləri tərəfindən tərtib edilir. Qatlanma səhv sıralanarsa, səhv istiqamətdə və ya səhv miqdarda edilərsə, arzuolunan formanın ortaya çıxmasına əngəl olar və lazımi şəkil əvəzinə korlanmış və mənasız forma yaranar. Məsələn, təyyarənin formasını hazırlamaq üçün lazım olan ardıcıllıqda qatlamalardan biri əksik edilərsə və ya başqa istiqamətdə qatlanarsa, təyyarənin qanadı düzəlməz. Avtomobil formasını düzəltmək istəsək və hər hansı bir yerdə səhv büksək, nəticədə, avtomobilin təkərləri yaranmaz. Zülallar üçün də vəziyyət bundan qat-qat mürəkkəbdir. Bir zülal molekulundakı tək bir amin turşusunun belə səhv bir ardıcıllıqla və ya səhv istiqamətdə birləşərsə, zülalın səhv forma almağına səbəb olar və nəticədə də zülal funksiyasını yerinə yetirə bilməz. Məsələn, əzələlərdə oksigen daşımaq funksiyasını yerinə yetirən mioqlobin zülalının kürə şəklində olan forması pozulduqda hündürlüyü enindən 20 dəfə daha uzun olur və funksiyasını yeri yetirə bilmir.

Özbaşlarına və ya toplanaraq bir məna kəsb etməyən amin turşuları bu bükülmələr və qıvrılmalar ilə mühüm bir əhəmiyyət kəsb edərək orqanizmdə həyat üçün vacib olan funksiyaları yerinə yetirir. Eynilə, hamar bir kağızın şüurlu, planlı və tərtibatlı şəkildə qıvrılıb və qatlanaraq gəmi və yaxud təyyarə formasını aldığı kimi... Bu yerdə bildirmək lazımdır ki, zülalın quruluşu planlı şəkildə qatlanaraq əldə edilən kağız formasından çox mürəkkəb və yaxşı təşkil edilmişdir. Bundan başqa, zülal molekulu gözlə belə görülməyəcək, hətta elektron mikroskopunda belə ayırd ediləbilməyəcək dərəcədə kiçikdir. Belə bir kiçik sahədə yerləşən atomlar, əvvəlcə, bir plan və tərtibata uyğun olaraq düzülür, sonra yenə bu plan və tərtibata uyğun şəkildə qıvrılır və bükülür. Bunların hamısı bizə məlum olan, gördüyümüz hər hansı bir tərtibatla müqayisə edilməyəcək dərəcədə görülməmiş və heyrətamiz xüsusiyyətlərdir.

Açıq-aydın görünür ki, belə qüsursuz, mürəkkəb, bir neçə mərhələ və hissədən ibarət olan bir ardıcıllıq təsadüf nəticəsində meydana gələ bilməz. Əlavə olaraq burada izah edilənlər zülalın quruluşu ilə bağlı çoxsaylı təfsilatların ən sadələşdirilmiş formasıdır.  Zülallar üzərində aparılan daha incə araşdırmalar bu molekulların qat-qat mürəkkəb xüsusiyyətlərini ortaya çıxarır və indiyə qədər açıqlanmayan çox mövzular da var. Bu həqiqət isə canlı aləmin ən kiçik vahidində belə təsadüfən əmələ gəlmə iddiasına əsla yer olmadığını qəti olaraq bildirir.