DÜŞÜNÜLMÜŞ TƏRTİBAT, YƏNİ YARADILIŞ

Allahın yaratmaq üçün layihə qurmağa ehtiyacı yoxdur.
Kitab boyu bəzi məqamlarda istifadə olunan “tərtibat” sözünün düzgün başa düşülməsi vacibdir. Allahın qüsursuz  layihə yaratmış olması Rəbbimizin əvvəlcədən plan qurduğu, daha sonra yaratdığı anlamına gəlmir. Hər kəs bilməlidir ki, yerlərin və göylərin Rəbbi olan Allahın yaratmaq üçün hər hansı bir plan qurmağa ehtiyacı yoxdur. Allahın layihələndirməsi və yaratması eyni zamanda  olur. Allah bu cür nöqsanlardan münəzzəhdir.  

Allah bir şeyin, ya da bir işin olmasını istədikdə onun olması üçün yalnız: “Ol!”- deməsi kifayətdir. Ayələrdə belə buyurulur:

Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: “Ol!”- deməkdir. O da dərhal olar. (Yasin surəsi, 82)

Göyləri və yeri icad edən Odur. Bir işin yaranmasını istədiyi zaman, ona yalnız: “Ol !” – deyər, o da olar. (Bəqərə surəsi, 117)