Zülalların quruluşunda dörd müxtəlif forma

Zülalların fiziki, kimyəvi və bioloji xüsusiyyətlərini və bu xassələri sayəsində yerinə yetirəcəkləri funksiyalarını onları təşkil edən amin turşularının növü, düzülməsi və bu amin turşularının yan zəncirindəki nizamlar müəyyən edir. Zülallar quruluşlarına görə aşağıdakı formalarda olur:
1. Birincili quruluş
2. İkincili quruluş
3. Üçüncülü quruluş və
4. Dördüncülü quruluş

 

Birincili quruluş düz amin turşusu zəncirindən meydana gəlir. Zülal birincili quruluşda funksional olmur. Yalnız ikincili, üçüncülü və ya dördüncülü quruluşda olarkən bir sıra proseslərdə iştirak edə bilər.

İkincili quruluş uzun amin turşusunun bir spiral şəklində qıvrılması ilə əmələ gəlir. Aktin, miozin, fibrinogen, keratin və b-karoten kimi zülallar ikincili quruluşdadır.

Üçüncülü quruluşda olan zülallar amin turşusu zəncirinin qatlanaraq, bükülərək və müxtəlif rabitələrlə bağlanması nətricəsində yumaq şəklini alır.

Dördüncülü quruluş isə eyni və ya müxtəlif ölçülü iki və ya daha artıq amin turşusu zəncirindən meydana gəlir. Bu müxtəlif quruluşların xüsusiyyətlərini və zülallar üçün fəaliyyətin yerinə yetirilməsini təmin edən prosesləri izah etmək bu molekulların nə qədər üstün bir yaradılışla xəlq olunmasını görməyə kömək olacaq.

Yaddan çıxarmayaq ki, zülalların quruluşları haqqında bütün biologiya və biokimya kitablarında buna oxşar məlumatları tapa bilərsiz. Ancaq bu mövzuların bu kitabda izah olunmasının səbəbi zülalları meydan gətirən vahidlərin, təsirlərin və sistemlərin nə qədər mürəkkəb və bir-biri ilə bağlı olduğunu göstərməkdir. Bəzi təkamülçülər zülalların təsadüfən meydana gəldiklərini iddia edərkən zülalların əmələ gəlməsinin son dərəcə sadə proseslə və təsadüfən meydana gəlməsinin imkan daxilində olan proses kimi qələmə verməyə çalışırlar. Ona görə ki, yalnız zülalların olduqca mürəkkəb quruluşlarını gizlətməklə insanları bu təsadüf nağılına inandıra biləcəklərini düşünürlər. Bu səbəbdən, zülalların quruluşunu izah edərkən amin turşularının təsbeh dənələri kimi sadə bir şəkildə bir-biriləri ilə birləşərək zülalı əmələ gələ gətirdiyi barədə şərh verən üslubdan istifadə etmişlər. Halbuki, bu mərhələyə qədər izah edilənlərdən də aydın olduğu kimi, zülalların əmələ gəlməsi üçün amin turşularının bir-biriləri ilə təsadüfi əlaqələrlə bağlanması kifayət etmir, bunun üçün bir çox şərt eyni zamanda mövcud olmalıdır. Bunların birinin çatışmazlığı nəticəsində yararlı zülal meydana gəlməyəcəkdir. Nəticədə, aşağıdakı məlumatlarla tanış olarkən təsadüflərin bu qədər incə plan, hesablama qurmadığını və amin turşularını xüsusi forma və üsulla bir-biriləri ilə birləşdirə bilməyəcəklərini nəzərə alaraq düşünməliyik.