Uğursuz təcrübə: Miller təcrübəsi

20-ci əsdə təkamülçülər ilk canlı hüceyrənin yer üzərində necə əmələ gəldiyinə dair suala cavab axtarmağa başladılar. Bu mövzuda ilk olaraq Rus bioloqu Aleksandr İ. Oparin “kimyəvi təkamül” anlayışını ortaya atdı. Oparin cəhdlərinə baxmayaraq, heç bir nəticə əldə edə bilmədi və bu cür etiraf etdi: “Təəssüf ki, hüceyrənin mənşəyi təkamül nəzəriyyəsini bütünlüklə əhatə edən ən qaranlıq nöqtədir”.

Oparindən sonra bir çox təkamülçülər çoxsaylı təcrübələr apararaq hüceyrənin təsadüf nəticəsində əmələ gəldiyini sübut etməyə cəhd etdilər, lakin hər təcrübə uğursuzluqla başa çatdı. Bu cür uğursuz təcrübələr arasında ən çox etibar edilən və təsdiqlənən  1953-cü ildə amerikalı tədqiqatçı Stenli Miller tərəfindən keçirilən Miller təcrübəsidir.

Stenli Miller, Oparinin kimyəvi təkamül anlayışına uyğun olan bir sınaq mexanizmi düzəltdi. İbtidai atmosferdə mövcud olması fərz edilən metan (CH4), ammonyak (NH3), su buxarı (H20) ve hidrogen (H2) qazlarının qarışığını elektriklə təchiz edilən bir kolbaya yerləşdirildi. Miller canlı həyatdan əvvəlki atmosfer qazları üzərində ultrabənövşəyi şüaların təsirini yarada bilmək üçün hazırladığı sınaq kolbasına elektrik gərginliyi ilə müdaxilə etdi. Bundan sonra, qaz qarışığı 100 dərəcədə bir həftə ərzində qaynadıldı, digər tərəfdən də həmin bu qarışığa elektrikin verilməsi davam etdirildi. Bu müddət ərzində həyat üçün vacib olan 20 amin turşusundan 3 amin turşusunun sintez edildiyini gördü. Əmələ gələn bu molekullar “Soyuq tələ” adlı mexanizmin köməkliyi ilə sınaq mühitindən təcrid edildi. Buna bənzər şərtlər altında aparılan digər sınaqlarda da bir neçə fərqli amin turşusu əldə edildi.

Millerin guya ibtidai mühit şərtlərində apardığı bu təcrübə təkamülçülər arasında çox böyük sevincə səbəb olmuşdu və o, çox vacib bir uğur kimi qələmə verildi. Bu sınağın sonunda uğur əldə edilməsi təkamülçülər arasında çox böyük əhəmiyyət daşıyırdı. Çünki bu sınaq Oparinin ssenarisində vacib bir addım olan ibtidai dünyada sadə atmosfer qazlarından bioloji vahidin sintezinin mümkün olduğunu göstərərək, Oparinin kimyəvi təkamül nəzəriyyəsinə dəstək olacaqdı. Bunun vacibliyini dərk edən bəzi dairələr də təcrübəyə dəstək verməyə cəhd etdilər. Məsələn, məşhur astronom Karl Saqan bu təcrübəni həyatın kosmosdan gələ biləcəyini göstərən ən vacib addım kimi qiymətləndirmişdir.64 Miller təcrübəsinin nəticələrinə “Time” qəzeti kimi kütləvi informasiya vasitələrində və dərs kitablarında geniş yer verilməyə başlandı. Miller təcrübəsindən alınan dəstəklə kimyəvi təkamüldən irəli gələrək həyatın mənşəyini göstərən xəyali təkamül sxemaları da dərhal dərsliklərdə yer aldı. Hətta həmin dövrdə “neovitalizm” adlanan maddənin irsi olaraq öz-özünü törətmə gücünə sahib olduğuna dair inam da bu təcrübə sayəsində canlandı.

Lakin kimyəvi təkamül nəzəriyyəsinin qurucusu Oparinin fikirlərinə əsaslanan Miller təcrübəsi qabaqcadan deyilən yanlış fikirləri özündə ehtiva etdiyinə görə, həqiqətə zidd bir çox səciyyəvi xüsusiyyətləri özündə əks etdirir. Belə ki, təcrübə Oparinin nəzərdə tutduğu kimyəvi təkamül nəzəriyyəsini sübut etmək üçün lazımi müvafiq mexanizmlərə uyğun olaraq hazırlanmış, elmi həqiqətdən uzaq bir atmosfer mühitində təkamülün həyata keçdiyini sübut etməyə çalışmışdı. Amin turşusunu sintez etmək məqsədi ilə istifadə edilən mexanizm yer üzərində ibtidai atmosfer mühitinə uyğun deyildi. Bununla yanaşı, həmin sınaq mexanizminə təbii mühitdə aid olmayan yalnız amin turşusu sintezi üçün düşünülmüş hərtərəfli mexanizmlər daxildir. Bu təcrübəyə elmi nöqteyi nəzərdən baxıldıqda belə, qabaqcadan deyilmiş yanlış rəylər açıq şəkildə özünü biruzə verir.

Miller təcrübəsində həqiqətdən uzaq mexanizmlər: 
Təcrübənin keçirilməsindən bir müddət sonra Millerin ibtidai dünya mühitində amin turşularının öz-özünə əmələ gəldiklərini sübut etmək məqsədi ilə apardığı sınağın bir çox tərəfdən elmi həqiqətlə uzlaşmadığı aşkar edildi. Bu təcrübənin elmi olaraq əsassız olduğunu göstərən məqamları nəzərə alındıqda, məqsədin elmilik olmadığı asanlıqla başa düşüləcəkdir.


1. Millerin hazırladığı mexanizmdə ibtidai atmosfer həqiqəti əks etdirmirdi. İbtidai atmosferdə mövcud olan mühit amin turşularının və həyat üçün lazım olan digər vahidlərin əmələ gəlməsinə qəti olaraq imkan vermirdi.

Oparin kimyəvi təkamül nəzəriyyəsini irəli sürdüyü zaman ibtidai dünya atmosferinin indiki vəziyyətindən olduqca fərqli olduğunu qeyd etmişdi.66 Stenli Miller də Oparinin 1936-cı ildə kitabına daxil etdiyi bu ibtidai atmosfer haqqında fərziyyələrindən istifadə edərək kimyəvi təkamül nəzəriyyəsinə əsaslanaraq bu fikri formalaşdırmaq istədi. Bu səbəbdən də, Oparinin qabaqcadan verdiyi proqnozları Miller ibtidai atmosferdəki amin turşusu sintezini təqlid edərkən dünya atmosferinin metan (CH4), ammonyak (NH3) və hidrogendən (H2) meydana gəldiyini fərz edirdi. Bundan əlavə, dünya atmosferində sərbəst oksigenin olmadığını irəli sürdü. Sonrakı dövrdə yeni geokimyəvi dəlillər və bu istiqamətdə aparılan sınaqlar Miller təcrübəsini, Oparin və Millerin irəli sürdüyü ehtimalların həqiqətə uyğun olmadığını aşkara çıxardı. Əldə edilən bütün dəlillər əsaslı şəkildə ibtidai atmosferdə hökm sürən təbii qazların karbondioksid, azot və su buxarından ibarət olduğu və metan, ammonyak və hidrogen olmadığını göstərirdi. Dünya atmosferi haqqındakı bu məlumatlar Miller təcrübəsinin və buna bənzər təcrübələrin yanlış atmosfer mühiti şəraitində keçirildiyini göstərir.

Lakin Miller bu qazları xüsusi olaraq istifadə etmişdir. Onun fəaliyyətinin məqsədi Oparinn 1924-cü ildə irəli sürdüyü kimyəvi təkamül uydurmasını təcrübi yolla sübut etməkdir. Bu səbəbdən, Miller, təcrübəsinin parametrlərini hazırlayarkən Oparinin dövründə məlum olan ibtidai atmosfer ölçülərinə əsasən hazırlamışdır. Məqsəd canlıların yaranmasından əvvəl dünya atmosferini formalaşdırmaq deyil, amin turşularının əmələ gəlməsi üçün lazımi atmosfer şəraitini yaratmaqdı. “Science” qəzetində Riçard Kerrin qeyd etdiyi kimi, son 30 ildə əldə edilən geoloji və geokimyəvi sübutların heç biri Millerin istifadə etdiyi ibtidai atmosfer mühitini dəstəkləmədi. İbtidai atmosfer mühitinin varlığını həqiqi qəbul etməyin yalnız bir səbəbi olduğu aşkar edildi: kimyəvi təkamül nəzəriyyəsinin buna ehtiyacının olması. Belə ki, Oparin və Miller fərz etdikləri atmosfer mühiti amin turşularının əmələ gəlməsi üçün lazım olan ən uyğun mühit idi. Normal mühitdə kimyəvi baxımından təbii atmoserdə atmosfer qazları arasında reaksiya getmir. Belə reaksiyalar olsa belə, onlar bioloji vahidi meydana gətirəcək səviyyəyə çata bilməz. Neytral atmosferdə bioloji vahidləri əmələ gətirməyə cəhd etmək yağla suyun və ya iki cansız kimyəvi elementin reaksiyaya girməsini gözləməyə bənzəyir.

Stenli Millerin təcrübəsində və buna bənzər digər təcrübələrdə fərz edilən ibtidai mühit həqiqətdə ibtidai atmosferdə mövcud olmadığı üçün belə təcrübələr həyatın mənşəyi haqqında heç bir elmi əsas yarada bilməz. Əlahiddə geokimya araşdırmaları ibtidai atmosferdə amin turşularının yaranmasına imkan verməyən kimyəvi mühit sübut edildiyinə görə, Miller təcrübəsinin heç bir maddənin əmələ gəlməsini sübut etmədiyi aşkara çıxdı. Məhz bu səbəbdən, laboratoriyadakı bütün sınaqlar kimyəvi təkamülün həyata keçməsinin imkansız olduğunu göstərir, bundan əlavə də, mövcud canlı sistemlərin tərtibatında təkzibedilməz qaydada ağıllı Yaradıcının mövcudluğunu isbatlayır. 


2. Amin turşularının əmələ gəlməsi irəli sürülən müddətdə atmosferdə amin turşularının hamısını parçalaya biləcək sıxlıqda oksigen var idi.
Bir sıra geokimyəvi araşdırmalar bitkilərin mövcud olmasından əvvəl belə əhəmiyyətli ölçüdə sərbəst oksigenin, vulkanik qazların üzə çıxması və suyun buxarlanmasındakı fotodissosiasiya səbəbindən mövcud olduğunu göstərdi. Yaşı 3.5 milyard il olması hesablanan daşlardakı oksidləşmiş dəmir və uranium qalıqları atmosferdə oksigenin olduğunu sübut edirdi. Bütün araşdırma nəticələrinə görə, oksigenin miqdarı həmin dövrdə təkamülçülərin iddia etdiklərindən daha çox olduğu müəyyən edildi.  Araşdırmalar göstərdi ki, həmin dövrdə yerin səthinə ultrabənövşəyi şüaların düşməsi, təkamülçülərin təxmin etdiyindən 10 min dəfə artıq idi. Bu sıxlıqda ultrabənövşəyi şüaların atmosferdəki su buxarı və hidrogendioksidi parçalayaraq oksigeni əmələ gətirməsi qaçılmaz olardı.

Millerin görməməzliyə vurduğu bu həqiqət oksigen nəzərə alınmadan aparılmış Miller təcrübəsinin tamamilə əsassız olduğunu göstərirdi. Əgər təcrübə zamanı oksigendən istifadə edilsəydi, metan karbondioksid və suya, ammonyak isə azot və suya çevriləcəkdi. Digər tərəfdən, müəyyən edildi ki, oksigenin olmadığı bir mühitdə- hələ ozon təbəqəsi mövcud olmadığına görə- ultrabənövşəyi şüaların təsirinə birbaşa məruz qalan amin turşuları dərhal parçalanacaqdı. Nəticədə, ibtidai dünyada oksigenin varlığı da, olmaması da amin turşuları üçün məhvedici bir mühit deməkdir.

3. Miller, təcrübəsində “Soyuq tələ” adlı mexanizmdən istifadə edərək amin turşularını əmələ gəldikləri anda həmin mühitdən təcrid etmişdi.

Bir anlıq Stenli Millerin istifadə etdiyi ibtidai qazların ibtidai atmosferdəki mühitlə eyni olduğunu fərz edək. Belə olan halda, təcrübənin nəticəsi, həqiqətən də, kimyəvi təkamülü göstərəcəkmi? Xeyr. Miller təcrübələrində amin turşuları və nuklein turşusunun əsası kimi bioloji vahid olan molekullarla yanaşı, qeyri-üzvi maddələr də əmələ gəldi. İnsan müdaxiləsi olmadan həmin bu qeyri-üzvi maddələr əldə edilən digər yararlı maddələrlə reaskiyaya girərək, nəticədə, bioloji cəhətdən yararsız olan kimyəvi birləşmələri əmələ gətirəcəkdilər. Bu nəticəni əngəlləmək və kimyəvi təkamül nəzəriyyəsini bir “faciə” ilə yekunlaşdırmamaq üçün amin turşularını parçalayan və ya onları qeyri-üzvi birləşmələrə çevirən kimyəvi elementləri mühitdən ayırdılar. Bunun üçün Stenli Miller, təcrübəsində amin turşuları əmələ gəldiyi an onları əmələ gələn digər maddələrin və oradakı mühitin zərərli təsirlərindən qorumaq üçün “Soyuq tələ” (cold trap) adlı mexanizmdən istifadə etmişdir. Çünki, əks təqdirdə, amin turşularını əmələ gətirən şərait bu molekulları əmələ gəldikləri andan dərhal sonra məhv edəcəkdi. 
Halbuki, ibtidai dünya şərtlərinə əsasən, şübhəsiz, soyuq tələ kimi şüurlu mexanizmlər yox idi. Və bu mexanizm olmadan hər hansı bir növdən olan amin turşusu əldə edilsə belə, bu molekullar eyni mühitdə dərhal parçalanacaqdı. Kimyaçı Riçard Bliss bu barədə belə demişdi:
“Bu soyuq tələ mexanizmi olmasa, kimyəvi məhsullar elektrik mənbəyi tərəfindən məhv ediləcəkdi”.

Belə ki, Miller soyuq tələni yerləşdirməzdən əvvəl apardığı başqa təcrübələrdə bir amin turşusu belə əldə edə bilməmişdi.
Həqiqətdə isə Miller təcrübəsi ilə təkamülün canlı aləmin şüursuz təsadüflər nəticəsində əmələ gəlməsi kimi iddiaları öz təsirini itirmişdi. Belə ki, təcrübə amin turşularının yalnız labaratoriya şəraitində bütün mühit şərtlərinin xüsusi olaraq hazırlandığı və şüurlu şəkildə müdaxilələr edilməsi nəticəsində əldə edilə biləcəyini göstərir.

Miller təcrübəsi Türkiyədəki bəzi qaynaqlarda hələ də mühüm bir elmi kəşf kimi göstərilsə də, əslində, təkamülçü nüfuzlu şəxslər tərəfindən rədd edilmişdir. Son illərdə Avropa elmi jurnallarında  həmin təcrübənin həyatın mənşəyini açıqlamaq baxımından dəyərsiz olduğu müəyyən edildi. Məsələn, 1998-ci il fevral ayında nəşr edilən məşhur təkamülçü elmi jurnalı “Earth”də “Həyatın putası” başlıqlı məqalədə bu ifadələr yer almışdı:

Bu gün Millerin ssenarisi şübhələrlə qarşılanır. Bunun bir səbəbi geoloqların ibtidai atmosferin, əsasən, karbondioksid və azotdan əmələ gəldiyini qəbul etmələridir. Bu qazlar isə 1953-cü ildəki təcrübədə (Miller təcrübəsində) istifadə edilənlərdən dəfələrlə zəif aktivliyə malik idilər. Millerin fərz etdiyi atmosferə gəldikdə isə amin turşuları kimi sadə molekulları daha mürəkkəb qarışıqlara, zülal kimi polimerlərə çevirə bilən lazımi kimyəvi dəyişikliklər necə əmələ gələ bilərdi? Millerin özü belə, problemin bu nöqtəsində əllərini uzadaraq: “Bu, bir problemdir”, - deyərək ah çəkir və belə deyirdi: “Polimerləri necə meydana gətirəcəksiniz? Bu, o qədər də asan deyil...”

Göründüyü kimi, Millerin özü belə indi təcrübəsinin həyatın mənşəyini açıqlamaq üçün yararsız olduğunu başa düşür. “National Geographic” jurnalının 1998-ci il mart nömrəsində “Yer üzərində həyatın mənşəyi” başlıqlı məqalədə isə mövzu ilə bağlı aşağıdakı sətirlər əks etdirilmişdi:

Bu günkü gündə bir çox alim ibtidai atmosferin Millerin irəli sürdüyündən fərqli olduğunu ehtimal edir. İbtidai atmosferin hidrogen, metan və ammonyakdan daha çox karbondioksid və azotdan təşkil edildiyini hesab edirlər. Bu isə kimyaçılar üçün pis xəbərdir! Karbondioksid və azotu reaksiyaya əlavə etdikdə əldə edilən üzvi birləşmələr olduqca az miqdarda olur. Böyük bir üzgüçülük hovuzuna atılan bir damcı qida rəngləndirici ilə eyni sıxlıqda... Elm adamları bu qədər nadir məhluldakı horrada həyatın əmələ gəlməsini xəyal etməyin belə mümkünsüz olduğunu hesab edir.
Bir sözlə, nə Miller təcrübəsi, nə də başqa təkamülçü cəhdlər yer üzərində həyatın necə əmələ gəldiyi sualına cavab verə bilmir. Bütün araşdırmalar həyatın təsadüflərlə meydana gəlməsinin imkansızlığını və beləliklə, həyatın yaradılmış olduğunu göstərir. Təkamülçülərin bu açıq həqiqəti qəbul etməmələri isə elmə tamamilə zidd olan bir neçə yanlış proqnozlara əsaslanmalarından qaynaqlanır. Belə ki, Miller təcrübəsini tələbəsi Stenli Miller ilə birlikdə təşkil edən Harold Yurey bu mövzuda belə etiraf etmişdi:

Biz həyatın mənşəyi mövzusunu araşdırırıq, bu mövzunu nə qədər çox analiz etsək də, həyatın hər hansı bir yerdə təkmilləşmiş olmayacaq qədər mürəkkəb olduğu qənaətinə gəlirik. (Lakin) Hamımız bir inamın ifadəsi olaraq həyatın bu planetin üzərində ölmüş maddənin təkmilləşməsinə inanırıq. Ancaq mürəkkəbliyi o qədər qabarıqdır ki, necə təkmilləşdiyini təsəvvür etmək belə bizim üçün ağırdır.