Zülalların funksiyalarına uyğun olan qüsursuz tərtibatları

İnsan bədənindəki bəzi hüceyrələrin hərəkətləri maddələr mübadiləsinin getməsi və həyati funksiyaların davam etdirilməsi baxımından çox əhəmiyyətlidir. Beləliklə, bütün orqanizmin funksiyalarında olduğu kimi, bu çox mühüm funksiyaların icrasını təmin edən, əlbəttə ki, zülallardır. Bəzi hüceyrələrin orqanizm daxilində hərəkət etmək üçün istifadə etdikləri bu zülallar “tubulin” adlandırılır. Bu zülalların əmələ gətirdiyi və hüceyrənin üzməsini təmin edən isə kirpiklərdir. Bu kirpiklər iki cürdür: kirpiklərə oxşayan və yaxud da qamçı kimi çırpılaraq hərəkəti təmin edənlər. Əgər hüceyrə kirpikləri ilə özünü hərəkət etdirə bilirsə, bunu kürəklərin bir qayığı hərəkət etməsini təmin etdiyi kimi edir. Məsələn, sperma qadın bədənindəki çətin yolunu bu kirpiklər hesabına həyata keçirir.

Kirpiklər, eyni zamanda, hərəkət etməyən, sabit duran hüceyrələr tərəfindən də istifadə edilir. Kirpikləri olan hüceyrə, digər hüceyrələrin ortasında sabit durur və hərəkət halında olan kirpiklər mayeni hərəkət etdirmək istədikləri hüceyrənin üzərinə sıçradaraq onun irəli getməsini təmin edirlər.

Məsələn, tənəffüs yollarındakı sabit hüceyrələrin hər birində bir neçə yüz kirpik vardır. Kirpiklərin çoxu eyni anda hərəkət edirlər. Bu kənardan qədim zamanlarda istifadə edilən hərbi gəmilərdə sinxron hərəkətlə avarçəkməyə bənzəyir. Bu hərəkətlərlə selikli mayenin üzərinə su atırlar və onu boğazdan yuxarıya doğru itələyirlər. Bu qaydada nəfəs alarkən bu mayenin nəfəs borusuna düşməsinin qarşısı alınır. Göründüyü kimi, bu hərəkət əvvəlcədən planlaşdırılmış, olduqca ağıllı və şüurlu bir hərəkətdir. Selikli mayenin vura biləcəyi  zərərin qarşısını almaq üçün həmin mühitdə olan hüceyrələr lazımi orqanlarla təmin edilmişdir.

Bundan başqa, bu zülallar həmrəy olaraq bir hüceyrəni müəyyən bir istiqamətə yönəltmək üçün birlikdə hərəkət edirlər. Onlar arasında qüsursuz bir uyğunlaşma və nizam vardır. Heç bir önmühakiməyə sahib olmadan düşünən bir insan belə bir mexanizmin və tədbirli hərəkətlərin təsadüfən əmələ gələ bilməməsini açıq-aşkar görür.

Bu orqanların, yəni kirpiklərin quruluşları tədqiq edildikdə, müəyyən edilmişdir ki, onların olduqca mürəkkəb quruluşları var və bütün bunlar üstün bir yaradılışın əsəridir. Yalnız elektron mikroskopu ilə görülə bilən ölçüyə malik hüceyrənin ucundakı incə kirpiklərə o qədər mükəmməl bir sistem və bir-birinə qarışmış quruluşlar yerləşdirilmişdir ki, bunların şüursuz atomların birgə qərarı və təsadüf nəticəsində meydana gələn hadisələr səbəbi ilə əmələ gəlməsini iddia etmək qeyri-mümkündür. İndi isə bu kirpiklərin quruluşlarını ümumi olaraq öyrənək...  

Nazik kirpiklərin daxilindəki mürəkkəb struktur

Kirpiklər xarici təbəqə ilə örtülmüş liflərdən ibarətdir. Kirpiklərin  hüceyrə qılafının xaricində yaranan bir hissədir; bu səbəbdən də kirpiyin içi hüceyrə ilə təmasda olur. Əgər bir kirpik uzununa kəsilərək elektron mikroskopu altında tədqiq edilərsə,  doqquz ədəd bir-birindən ayrı yerləşən boruyabənzər çubuqlar müşahidə edilər. Bu məqamda bir məsələyə diqqət yetirmək vacibdir. Bu kirpiklərin biri insan saçının bir teli ilə belə müqayisə edilməyəcək dərəcədə kiçikdir. Saçın bir telinin içərisinə doqquz ayrı çubuğun yerləşdirilməsi qeyri-mümkün hesab edildiyi halda, hüceyrə kimi gözlə görünməyəcək qədər kiçik bir quruluşun ucundakı yüzlərlə kiçik kirpiyin içərisində doqquz ayrı çubuq yerləşir. Bu çubuqlara mikroborucuq adı verilmişdir. Bu doqquz mikroborucuqların hər biri isə bir-birinə keçmiş iki halqadan ibarətdir. Bundan əlavə, dərin araşdırmalar göstərir ki, buradakı bir halqa on üç ayrı teldən ibarətdir.

Yuxarıda da qeyd edildiyi kimi, bunlar hüceyrənin uc hissəsindəki kirpiklərin içindəki doqquz çubuğun hissələridir. Bu hissələrin izahı bununla bitmir. Birincisinə bağlı olan ikinci halqa isə on ayrı teldən ibarətdir. Kirpiyi əmələ gətirən doqquz mikroborucuq tubulin adlı zülaldan meydana gəlir. Bir hüceyrədə tubulin molekulları silindir formasında birləşərək, kərpiclərin üst-üstə düzülməsinə bənzər forma əmələ gətirmişlər.

Bu məqamda bir daha düşünək: bundan əvvəlki cümlədə, zülal molekullarının müəyyən bir forma əmələ gətirmək üçün birləşmələrindən söhbət açıldı. Bu tip cümlələrə biologiya, biokimya, genetika və oxşar mövzulu kitab və jurnallarda tez-tez rastlaşırıq. Lakin zülal molekulları cansız atomların birləşməsindən əmələ gəlir. Bu cansız, şüursuz, heç bir biliyə və iradəyə sahib olmayan, beyni, gözü və qulağı olmayan varlıqlar necə olur ki, ilk öncə bir-birilərini tapır, sonra bir silindr meydana gətirəcək formada hərəkət edirlər. Onlara digər tubulin molekulları ilə birləşmək, daha sonra silindr formasını almaq üçün nizamlanmaq əmrini kim vermişdir? Bundan əlavə, onlar bu əmri necə başa düşür və tətbiq edə bilirlər? Üstəlik, tubulin molekullarının düzülüşü də təsadüfi deyil. Düzülüş forması, tərtibat və məqsədləri üçün ən uyğun şəkildədir.

Hüceyrə daxilində normal şərait təmin edildiyi halda, (kalsium miqdarı normal olduqda və temperatur müəyyən bir səviyyədə olarsa) tikinti materialı rolunu yerinə yetirən tubulin zülalları, mikroborucuqları əmələ gətirmək üçün avtomatik olaraq birləşirlər. Tubulin molekulunun bir tərəfi ikinci tubulin molekulunun arxa tərəfini tamamlayan səthi var. Beləliklə də, üçüncü tubulin molekulu ikinci tubulinin arxa tərəfinə yapışır. Dördüncü üçüncünün arxasına və beləliklə, davam edir. Belə birləşmə üst-üstə düzülmüş konserv qutularına bənzəyir. Eyni əmtəə nişanlı konserv qutularını üst-üstə düzdükdə altdakı qutunun üstü ilə üstündəki qutunun alt hissəsi bir-birinə tam uyğun gəlir. Eyni ilə digər qutuların alt üst hissələri bir-birinə uyğun gəlir. Konserv qutuları bir-birinin üstünə bu şəkildə qoyulsa, dağılma riski olmaz. Lakin başqa-başqa şirkətlərin konserv qutularının altı digərinin üstü ilə uyğun gəlməyəcəyinə görə, onların üst-üstə düzülməsi risklidir və ən kiçik bir hərəkətlə dağılmasına gətirib çıxarar. Bundan əlavə, siz onları düzərkən tərəflərini dəyişdirsəniz  belə, onlar yenə dağılarlar. Yəni birinci konservin üstü ilə ikinci konservin altı bir-birinə uyğun gəlmədiyi üçün yenə də konservlər dağılar. Tubulin zülalının düzülüşündəki nizam isə konserv qutularındakından daha aydındır. Birinin önü digərinin arxa tərəfi ilə bir-birinin içinə keçir.

Bəs bu cür tərtibatı kim həyata keçirir? Tubulin zülallarını sintez edən hüceyrələr əvvəlcədən qüsursuz bir plan quraraq onların möhkəm şəkildə birləşmələrini müəyyən edə bilərmi? Zülalların hansısa yolla bu xassələrlə sintez edildiklərini düşünək. Onda bir sual meydana gəlir: onlara arxa-arxaya deyil, birinin ön digərinin arxa tərəfi ilə birləşməli olduqlarını onlara kim deyib? Zülallar bu əmri necə başa düşür ki, onların biri belə səhvə yol vermədən bu cür düzülüşlə sıralanırlar? Orta məktəblərdə tədris olunan bədən tərbiyəsi dərslərini yada salaq. 20 şagirdi heç bir şuluqluq olmadan bir sıraya düzmək böyük əmək və səbir tələb edir. Şüur və ağıl sahibi, müstəqil şəkildə istiqamətlənmək, müəyyən bir məqsədlə hərəkət etmək qabiliyyətinə yiyələnən insanlar üçün belə əmək tələb edən işi necə olur ki, yağ, karbohidrat və fosfor tərkibindən ibarət zülallar uyğunluq içərisində, bir molekulun belə səhvinə yol vermədən həyata keçirə bilir?

Bir məsələni də unutmayaq ki, tubulin molekulları ətrafda olan milyonlarla molekul içindən özləri ilə eyni növdən olanı seçərək onun yanına gedir və dərhal sırada öz yerini alır. Tubulinlər mikroborucuqlarla asanlıqla əlaqə yarada bilirlər. Lakin mikroborucuqların bir-biriləri ilə birləşmələri üçün başqa zülallara ehtiyac var. Yəni kirpiyi əmələ gətirən doqquz mikroborucuq bir-birinə bağlanmalıdır. Bunun üçün isə digər zülallara ehtiyacın olmasının çox mühüm səbəbi var. Mikroborucuqlar insan orqanizmində çox müxtəlif funksiyaları yerinə yetirən zülallardır. Həmin funksiyalarını yerinə yetirə bilmək üçün isə onlar tək olmalı və heç bir digər molekullarla əlaqəsi olmamalıdır. Buna görə də, başqa bir funksiyanın icrasına başlamazdan əvvəl, yəni digər molekullarla birləşənə qədər sərbəst olaraq fəaliyyət göstərir. Lakin kirpiklərin əmələ gəlməsi üçün bu köməkçi zülallar belə sərbəst halda olan zülalları seçir və bir-birilərinə bağlayır. Bu hadisədə də çox şüurlu və planlı təşkilatçılıq  var. Yeni hüceyrə kirpiklərinin yaradılmasına qərar verən bəzi zülallar kirpiklərin yaradılması üçün nələrin lazım olduğunu bilir və sərbəst hərəkət edən molekulları  yığaraq birləşdirir.

Kirpiklərin elektron mikroskop altında çəkilən şəklində, mikroborucuqları bir-birinə bağlayan müxtəlif növdən olan bağlayıcılar müəyyən edilmişdir. Kirpiklərin ortasındakı iki mərkəzdə mikroborucuqları bir-birinə bağlayan körpü şəklində bir zülal vardır. Eyni zamanda, iki mikroborucuqdan kirpiklərin mərkəzinə doğru çıxıntı var. Beləliklə, “neksin” adlanan zülal hər bir mikroborucuğu yanındakına bağlayır və mikroborucuqların bir-birindən aralanıb dağılmamasını təmin edir. Hər mikroborucuqda ayrı iki müxtəlif çıxıntı olur. Bunlardan biri xarici qol, digəri isə daxili qol adlanır. Biokimyəvi analizlər bu çıxıntılarda “dinein” adlı zülalın olduğunu irəli sürür. Dineinin funksiyaları arasında hüceyrədə mühərrik funksiyasını yerinə yetirmək və mexanik güc yaratmaq vardır.

İndi isə bir çox hissədən ibarət olan və hər parçanın digərini böyük ustalıqla və olduqca ağıllı vasitələrlə tamamladığı bu quruluşu düşünək. Gözlə görülməyəcək qədər kiçik bir yerin ondan daha kiçik hissəsində milyonlarla atom birləşərək müxtəlif cür formalar əmələ gətirir, sonra onları yenə də digər atomların köməkliyi ilə bir-birilərinə montaj edir. Bunun nəticəsində isə  olduqca mürəkkəb və iş forması aşağıda verilən bir mexanizm meydana gəlir.

Sizə məlum olan bir neçə hissədən ibarət bütün əşyaları və ya maşınları yada salın. Məsələn, kompyuterin içini açdıqda çoxlu fazaların, kabellərin, metalın qarışıq şəklə düşdüyünü görərik. Ola bilsin ki, kompyuter sxemi haqqında biliyə malik olmayan bir insan üçün heç bir məna ifadə etmir. Lakin kompyuter mütəxəssisi bu qarışıq bağların hansı funksiyanı yerinə yetirdiyindən xəbərdardır. Məsələn, mütəxəssis bilir ki, tək bir kabel əksik olarsa və ya ən nazik sim başqa bir yerə birləşdirilərsə, kompyuter öz funksiyalarını lazımınca yerinə yetirə bilməz. Bir sözlə, kompyuterin içindəki hər bir hissə onun funksiyalarını tam şəkildə yerinə yetirməsi üçün olduqca əhəmiyyətlidir. Buna oxşar qaydada, hüceyrənin kirpiklərini təşkil edən hər bir parça kirpiklərin funksiyasını yerinə yetirə bilməsi üçün olduqca vacibdir. Quruluşun tərtib hissələrindən biri əksik olarsa, kirpik hüceyrəni və hüceyrənin ətrafındakıları hərəkət etdirə bilməz və ya heç əmələ gələ bilməz.

Biokimyaçılar hər hansı parçanın olmaması halında nələrin olacağını sınaqla yoxlamışlar. Məsələn, dinein zülalının qolları bir-birindən ayrılarsa, kirpiklər hərəkət edə bilməz. Mikroborucuqlar arasında körpü funksiyasını daşıyan neksin zülalı olmazsa, mikroborucuqlar açılar və bir-birinin içindən keçərlər, belə olan halda isə onların quruluşu pozular. Göründüyü kimi, insanın qavraya bilməyəcəyi qədər kiçik bir yerdə bir parçası belə əksik olmamaqla mürəkkəb bir sistem mövcuddur. Hər bir parçası canlı aləmin həyatının davam etdirilməsi və hüceyrənin funksiyalarını təmin edilməsi məqsədi ilə hesablanaraq planlaşdırılmış  bu sistemin necə işlədiyini gördükdə, hər parçanın tərtibatının nə qədər mühüm olduğu aşkara çıxır.

Kirpiklərin hərəkət sistemi

Kirpiklərin hərəkətlərini su üzərində üzən bir qayıq kimi təsəvvür etmək olar. Səthi su ilə təmasda olan və itələməni təmin edən mikroborucuqlar avar funksiyasını daşıyır. Bir-birinə bağlı doqquz çubuq aralarındakı bağlar sayəsində avarlar kimi hərəkət edə bilirlər. Dinein zülalının qolları mühərrikdir və hərəkət sistemini güclə təmin edir. Neksin qolları isə əlaqələri təşkil edir və mühərrikin gücünü bir mikroborucuqdan digərinə ötürür. Belə bir sistem bir gəmini və ya bir hüceyrəni hərəkətə gətirməyindən asılı olmayaraq, bu hərəkətin təmin edilməsi üçün bir çox parçanın eyni anda eyni yerdə mövcud olması zəruridir. Hər parça düzgün yerə qoyulmadığı müddətdə, bu parçalarla heç bir iş görülə bilməz. Metal qırıntılarından olan yığınlar buna misal ola bilər. Köhnə şeylərin alveri ilə məşğul olan istənilən şəxsin anbarında olan bütün əşyaların heç bir fəaliyyəti olmaz. Lakin bir mühəndis-mexanik bu yığından ona lazım olan hissələri seçib, nəzərdə tutduğu maşını müəyyən plana uyğun olaraq quraşdırdığı zaman müəyyən işləri görə bilən, mürəkkəb quruluşlu və ağılın məhsulu sayılan bir mexanizm-maşın meydana gələr.
Göründüyü kimi, istənilən funksiyalı parçaların əmələ gəlməsi üçün ağıl və şüur tələb edilirsə, zülalların da yararlı bir quruluşa malik olması üçün də eyni şəkildə ağıla, şüura, plana və bir məqsədə ehtiyac var. Zülalların hər hansı üsulla əmələ gəldiklərini hesab etsək belə, onların hamısı hüceyrənin içinə şırnaqla yeridilsə, bir yerdə cəm olaraq qüsursuz işləyən strukturlar meydana gətirəcəyini gözləyə bilmərik. Bunları təşkil edərək uyğun şəkildə birləşdirmək üçün ağıl sahibi bir varlıq olmalıdır.

Təkamül nəzəriyyəsi nə zülalların meydana gəlməsini, nə də həmin zülalların bir yerə toplanaraq mürəkkəb və bir parçasının belə əksikliyi mümkün olmayan quruluşların, maşınların, mühərriklərin, məlumat bazalarının, fabriklərin əmələ gətirməsini izah edə bilməz. Təsadüflərin bu qədər mürəkkəb və qüsursuz sistemlər meydana gətirməsi mümkün deyil. Bundan əlavə, canlı orqanizmlərin hüceyrəsindəki kirpiklər kimi ən kiçik sistemlərin belə əmələ gəlməsi üçün yüzlərlə zülal, ferment, molekul eyni anda mövcud olmalıdır. Hətta biokimyaçılar apardıqları araşdırmalarda hüceyrənin hərəkətinə burada bəhs edilməyən 200-ə qədər sayda zülal tərəfindən kömək edildiyini müəyyən etmişlər. Yüzlərlə zülalın birinin olmaması, digərlərinin yararsız vəziyyətə düşməsinə səbəb olur.
Bu halda, canlı həyatın mərhələ-mərhələ tədricən cüzi dəyişikliklərlə meydana gəldiyini iddia edən təkamül nəzəriyyəsi kirpiklərin əmələ gəlməsini qəti şəkildə izah edə bilməz. “Darvinin qara qutusu” adlı kitabı ilə təkamül nəzəriyyəsinə olduqca əhəmiyyətli tənqidlər irəli sürən və kitabında zülallara və kirpiklərə geniş yer verən mikrobioloq Maykl Bihi təkamül nəzəriyyəsinin kirpiklər kimi mürəkkəb quruluşların izahı qarşısında çarəsizliyini belə ifadə etmişdir:

Biokimyaçılar kirpik və qamçı kimi görünüşcə sadə olan formaları tədqiq etməyə başlayanda son dərəcə mürəkkəb bir quruluşla qarşılaşdılar. Bunlar çoxsaylı və hətta yüzlərlə ayrı parçadan ibarətdir. Əslinə qalanda isə, bizim burda adını belə çəkmədiyimiz bir çox hissə kirpiklərin hərəkət edə bilməsi üçün zəruridir.  Lazım olan hissələrin sayı artdıqca sistemin birləşməsində də çətinlik artır və irəli sürülən əlavə versiyalar da çıxılmaz vəziyyətdə qalır. Darvin də getdikcə daha çox səhvlər buraxmağa başlayır. Bir-biri ilə əlaqəli zülallar üzərində aparılan tədqiqatlar sistemin qarışıqlığını izah edə bilməmişdir. Məsələ dəqiqliyi ilə açılmamış və getdikcə də çıxılmaz vəziyyətlə nəticələnmişdi. Darvinin nəzəriyyəsi kirpik və ya qamçı haqqında bir izah verməmişdir. Onların üzmə sistemlərindəki qarışıq vəziyyət darvinistlərin həqiqətdə heç zaman onun izahını verə bilməyəcəyini nümayiş etdirir... Kirpik Darvinə problem yaradan sistemlərin sadəcə birirdir.
Maykl Bihinin də dediyi kimi, hüceyrələri hərəkət etdirən kirpiklər darvinizmi yalanlayan həqiqətlərdən biridir. Canlı aləm kirpiklər kimi saysız-hesabsız yaradılış möcüzəsi ilə təmin edilmişdir.  Hər yaradılış möcüzəsi isə bizə uca Allahın sonsuz gücünü, ağlını, elmini, bənzəri olmayan yaradılışın və yaradılışdakı sənətini göstərir. Ağıl və vicdan sahibi insan bu dəlilləri gördükdə Allahın hər varlıq üzərində yeganə hakim olduğunu anlayar:

(Musa) dedi: “Əgər anlayırsınızsa, O, şərqin, qərbin və bunların arasında olanların Rəbbidir...” (Şüəra surəsi, 28)