HƏYATIN ƏMƏLƏ GƏLMƏSİNİN HƏQİQİ MƏNŞƏYİ

Canlı aləmin ən təməl vahidi olan hüceyrəyə işıq mikroskopu altında baxıldığı 19-cu əsrdə alimlər hüceyrəni qara bir ləkə kimi görürdülər. Bəziləri hüceyrəni içi maye ilə dolu bir plazma olduğunu, bəziləri isə onun jeleyə oxşayan bir maddə olduğunu hesab edirdi. Həmin dövrdə istifadə edilən və günümüzün imkanları ilə müqayisə edildikdə çox primitiv bir cihaz sayılan işıq mikroskopunda gördükləri təsvirə görə, hüceyrəni çox sadə bir maddə hesab edən 19-cu əsr alimləri hüceyrənin təsadüfən və özbaşına yaranmasını iddia edən bir nəzəriyyə irəli sürdükdə, həmin nəzəriyyə dərhal qəbul edildi.

1859-cu ildə “Növlərin mənşəyi” adlı kitabı ilə təkamül nəzəriyyəsini irəli sürən Çarlz Darvin canlı aləmin ibtidai mühitdə  özbaşına və təsadüfən əmələ gələn sadə bir hüceyrədən təkamül yolu ilə inkişaf etdiyini iddia etmişdir. Bu iddiaya görə, şüursuz və cansız atomlar təsadüf nəticəsində birləşərək qüsursuz bir layihəyə və canlılıq üçün lazım olan bütün xüsusiyyətlərə malik olan hüceyrəni formalaşdırmışdır. Eyni təsadüflər bu ilk hüceyrəni hansı yolla olması məlum olmadan təkamülə məruz qoymuş və müəyyən zaman çərçivəsində kompyuter mühəndislərini, professorları, sənətkarları, dahiləri meydana gətirmişdir.

Davamı..

Düşünülmüş tərtibat, yəni yaradılış