Canlılardakı zülallar yalnız sol əlli amin turşularından əmələ gəlir

Aparılan tədqiqatlar göstərir ki, 200 amin turşusu növündən 20-sinin müxtəlif say və nizamla yığılması zülalın əmələ gəlməsi üçün kifayət deyil. Bütün bu amin turşuları eyni anda “sol əlli” olmalıdırlar.
Təbiətdə mövcud olan hər amin turşusu növünün sağ əlli və sol əlli olmaqla iki tipi vardır. Bir amin turşusunun digər tipi ilə oxşarlığı onun güzgüdəki əksi kimidir. Bütün xassələrinin eyni olmasına baxmayaraq, sağ və sol əlcək kimi bir-birilərinin əksidirlər.
Bunun səbəbi əkiz amin turşularının birində amin qrupunun karbon atomuna sol tərəfdən, digərində isə sağ tərəfdən birləşməsidir. Bu qaydada hər amin turşusunun əkizlərinin birinə sağ əlli, digərinə sol əlli adı verilir. Hər iki amin turşusu tipinə təbiətdə çox və eyni nisbətdə rast gəlinir, və hər iki amin turşusu da asanlıq dərəcəsinə görə eyni kimyəvi reaksiyalara girərək müxtəlif birləşmələr əmələ gətirir. Yəni iki tip amin turşusunu bir-birindən ayıran yeganə fərq simmetriyalarındakı quruluş müxtəlifliyidir.

Yalnız canlılardakı zülalların tədqiqi ilə məşğul olam alimlər həmin zülalların hamısının sol əlli olduğunu görüblər. Canlıların orqanizmlərində bir dənə də olsun sağ əlli amin turşusuna rast gəlinməyib.

 

Daha dərin araşdırma apardıqdan sonra məlum oldu ki, zülalları təşkil edən amin turşularının hamısının sol əlli olmalarının vacib bir səbəbi var. Sağ əlli amin turşuları da sol əlli amin turşuları kimi birləşərək amin turşusu zəncirlərini əmələ gətirə bilir, lakin bu, zülalın üçölçülü forma almasına mane olur. Halbuki, canlılardakı zülalların öz funksiyalarını yerinə yetirmələri üçün (növbəti fəsillərdə izah ediləcək) mütləq üçölçülü  bir quruluşu olmalıdır. Bu halda, aydın oldu ki, yararlı bir zülalın əmələ gəlməsi üçün bütün amin turşularının sol əlli amin turşuları arasından seçilməlidir, əks halda, araya qarışan bir sağ əlli amin turşusu belə zülalın öz funksiyasını yerinə yetirməsinə mane olar.

Canlılardakı zülalların yalnız sol əlli amin turşulardan əmələ gəldiyinin aşkarlanması təkamülçülər üçün vacib problem yaratdı. Belə ki, göründüyü kimi, söhbət zülalların əmələ gəlməsi üçün bir neçə mərhələdən ibarət olan seçimdən gedir. Birinci, 200-dən artıq sayda amin turşu növlərindən 20-si düzgün seçilməlidir. Həmin 20 növ amin turşusunun hamısı mütləq sol əlli olmalıdır. Araya qarışan bir səhv amin turşusu və ya düzgün amin turşusunun sağ əlli olanı belə zülalı hərəkətsiz və təsirsiz vəziyyətə salacaqdır.

Britannika ensiklopediyasında zülalların əmələ gəlməsi üçün sol əlli amin turşularının zəruri olmasını təkamül baxımından  çıxılmaz vəziyyət olduğu belə ifadə edilir:
... Yer üzərində bütün canlı orqanizmlərdəki zülallar kimi mürəkkəb polimerlərin quruluş vahidləri olan amin turşularının hamısı eyni simmetrik tipdəndir. Demək olar ki, hamısı sol əllidir. Bu, bir tərəfdən milyonlarla dəfə havaya atılan bir sikkənin hər dəfəsində gerb olan üzü üstə düşməsinə və heç yazı olan üzü üstə düşməməsinə oxşayır. Molekulların hansı yolla sağ əlli və ya sol əlli olduğunun seçilməsi tamamilə dərkedilməzdir. Bu seçim izah oluna bilməyən bir qaydada yer üzərindəki həyatın mənşəyinə bağlıdır.

Britannika ensiklopediyasının şərhində qeyd edilən “Bu seçim izah oluna bilməyən bir qaydada yer üzərindəki həyatın mənşəyinə bağlıdır” cümləsinə diqqət yerimək lazımdır. Təkamülçülər həyatın mənşəyinin təsadüflər olduğunu irəli sürdüklərinə görə, təsadüfən baş verən hadisələrin bu qədər şüurlu və münasib seçimlər etdiyini “izah oluna bilməyən” olduğu qənaətindədirlər. Halbuki, bütün bu şüurlu seçimlər kor-koranə və şüursuz deyil, üstün bir Yaradıcı olan Allaha aiddir. Təkamülçülər yaradılış həqiqətini qəbul etməmək üçün ağıl və məntiqdənkənar iddialarla çıxış edərək, bu seçimin “təsadüflər”in məhsulu olduğunu iddia edirlər. Bu iddiaya görə, zülalları əmələ gətirən atomlar təsadüfən ən uyğun qaydada bir yerə toplaşmaq qərarı almış və beləliklə, canlı aləm üçün əvəzolunmaz olan zülalları meydana gətirmişlər. Heç şübhə yoxdur ki, belə bir iddianı irəli sürmək elmin və ağılın sərhədlərini büsbütün aşmaq deməkdir.

Bundan başqa, bu mövzu ilə bağlı ehtimal hesabları ilə alimlər kiçik bir zülal molekulunun yalnız sol əlli amin turşularından təşkil ediləbilmə ehtimalının 10210-da 1-ə bərabər olduğunu hesablamışlar. Riyaziyyatda 1050-də 1 sıfır olaraq qəbul edilir. 1050 rəqəmi 1-in yanında 50 ədəd sıfırın yazıldığı rəqəmdir və belə böyük məbləğin içində 1 ehtimal “yoxdur” deməkdir. Belə olan halda, 1 rəqəminin yanında 210 ədəd sıfır yazılaraq əldə edilən 10210 kimi bundan daha da böyük bir rəqəmdə 1 ehtimal qeyri-mümkündən daha uzaq məfhumu əhatə edir.

Məşhur kimyaçı alim Volter T. Braun sol əlli amin turşularının təsadüfən bir yerə yığılaraq bir zülalı əmələ gətirə biləcəyinin qeyri-mümkün olmasının qısa olaraq belə ifadə etmişdir:

Hər növ amin turşuları cansız maddələrdə və ya laboratoriyada sintez olunduğu zaman kimyəvi baxımdan biri digərinin eynisi olan iki formada əmələ gəlir.  Bu amin turşularının yarısı sağ əlli, yarısı ilə sol əlli olmaqla xarakterizə edilir. Hər biri digərinin güzgüdəki əksi kimidir. Lakin canlılarda, insanlarda, heyvanlarda, bitkilərdə və bakteriyalarda və hətta viruslarda mövcud olan amin turşuları həmişə sol əlli olur. Heç bir təbii proses amin turşularının sağ və yaxud sol əlli olmalarını müəyyən edə bilməz. Beləliklə, yalnız sol əlli amin turşuları istifadə edilməklə meydana gələn bir zülalın belə təsadüfən əmələ gəlmə ehtimalı riyazi olaraq sıfırdır.

Burada diqqət yetirilməli bir məsələ şüurlu seçimin həyata keçirilməsidir; əgər bir seçim varsa, onda mütləq seçən ağıllı, bilik və şüur sahibi bir iradi qüvvə də olmalıdır. Aydındır ki, bu, hər bir canlını ən kiçik tərkib hissəsinə qədər bir nizam içində yaradan üstün bir ağıl, şüur, elm və güc sahibi olan Allahın seçimidir. Quranda da bildirildiyi kimi:

O, göydən yerə qədər olan bütün işləri idarə edir.... (Səcdə surəsi, 5)