Müəllif haqqında

Harun Yəhya (Adnan Oktar) həyatı və əsərləri haqqında

Hörmətli Adnan Oktar 1956-cı ildə Ankarada anadan olmuşdur və orta təhsilinin sonuna qədər Ankarada yaşamışdır. İslam əxlaqına olan bağlılığı məktəb illərindən çox gücləndi. Bu dövrdə böyük İslam alimlərinin demək olar ki, bütün əsərlərini oxuyaraq, İslam haqqında dərin məlumat əldə etdi. Yenə bu illərdə, İslam əxlaqını bütün insanlara izah etməyə və onları doğruya və yaxşılığa dəvət etməyə qərar verdi.

1979-cu ildə, minlərlə şəxsin arasından üçüncülüklə qəbul olduğu Memar Sinan Universitetində təhsilinə davam etmək üçün İstanbula köçdü. Sənəti, Allahın üstün yaratmasının bir təcəllisi olaraq görən hörmətli Oktar, rəsm çəkməkdə uşaqlığından bəri qabiliyyətli idi və zaman-zaman çox gözəl və qəribə cədvəllər hazırlayırdı. Yoldaşlarına hədiyyə olaraq verdiyi bir çox cədvəli vardır. Bundan əlavə, Allahın sənətinin bir təcəllisi olaraq gördüyü heyvanlara, bitkilərə və çiçəklərə də xüsusi marağı olan hörmətli Adnan Oktarın, bağçaçılıq, iç arxitektura və dekorasiya maraqlandığı sahələr arasındadır.

MEMAR SİNAN UNİVERSİTETİNDƏKİ İLLƏRİ

Hörmətli Adnan Oktarın Memar Sinan Universitetində təhsil aldığı dövrdə universitet, müxtəlif qeyri-qanuni marksist-kommunist təşkilatların təsiri altında idi. Həm alimlər, həm fakültə işçiləri, həm də tələbələr arasında təcavüzkar ateist və materialist axınlar hakim idi. Hətta, müəllimlərin bir qismi, dərslərində mövzu ilə əlaqəsiz olmasına baxmayaraq, hər fürsətdə materialist fəlsəfə və darvinizmin təbliğatını aparırdılar.

Hörmətli Adnan Oktar, dini və əxlaqi dəyərlərə hörmət edilmədiyi və demək olar ki, tamamilə rədd edildiyi, materialist dünyagörüşün və düşüncənin təsirindəki bu mühitdə ətrafındakı insanlara darvinizmin saxtakarlığını, Allahın varlığını və birliyini izah etməyə başladı. Universitetin yaxınlığındakı Molla Məscidində sərbəst şəkildə namaz qılan yeganə insan idi.

Anası Mediha Oktarın da ifadə etdiyi kimi, bu dövrdə hörmətli Adnan Oktar gecə yalnız bir neçə saat yatır, vaxtını oxuyaraq, qeydlər götürərək və fayllar tutaraq keçirirdi. Marksizm, leninizm, maoizm, kommunizm və materialist fəlsəfə mövzulu təməl kitablar da daxil olmaqla, yüzlərlə əsər oxumuş və həm klassik, həm də nadir olaraq oxunan kitablar üzərində detallı olaraq çalışmışdır. Bundan əlavə, bu ideologiyaların elmi təməlini təşkil edən təkamül nəzəriyyəsi ilə bağlı geniş araşdırmalar aparmış, bu elmdən kənar nəzəriyyənin ziddiyyətli, bir-biri ilə uyğun gəlməyən yönlərini sübut edən məlumat və sənədlər tapmışdır. Allahın inkar edilməsinə söykənən bu batil fəlsəfə və ideologiyalardakı ziddiyyətlər və saxtakarlıqlar mövzusunda çox detallı məlumat toplayan Oktar, bu məlumat təcrübəsiylə insanları gerçəyə və doğruya dəvət etmişdir. Universitetdəki tələbələr və müəllimlər də daxil olmaqla, hər kəsə Allahın varlığını, birliyini və Quran əxlaqını təbliğ etmişdir. Məktəb kafelərində, koridorlarda, ya da dərs aralarındakı söhbətlərdə materializmin və darvinizmin saxtakarlıqlarını, bu ideologiyaların orijinal kitablardan götürüldüyünü açıqlamışdır. Hörmətli Oktarın bu mədəni fəaliyyətləri böyük təsir yaratmış, bəzi təhsil işçiləri də daxil olmaqla, bir çox insanın inanclarında və dünya görüşündə müsbət dəyişiklik olmuşdur.

Hörmətli Adnan Oktar, xüsusilə materializmin və ateizmin dayaq nöqtəsi olan təkamül nəzəriyyəsinin çökdürülməsi mövzusuna xüsusi əhəmiyyət vermişdir. Çünki, hörmətli Oktar darvinizmin ilk ortaya çıxdığı tarixdən etibarən, ateist və materialist axınlar tərəfindən müdafiə olunduğunu görmüşdür. Hal-hazırda, hələ də eyni dairələr tərəfindən ideoloji qayğılarla müdafiə olunduğunu görən hörmətli Adnan Oktar, darvinizmin çökdürülməsinin, həmin axınlar üçün böyük bir məğlubiyyət olacağını düşünür.

DARVİNİZMİ ÇÖKDÜRƏN İLK KİTAB

Məhz bu məqsədlə, hörmətli Adnan Oktar, ilk olaraq yüz ildən çox bir zamandır ki, insanları təsiri altına alan və onları din əxlaqını yaşamaqdan uzaqlaşdıran bu saxtakarlığın etibarsızlığını isbat etmə mövzusundakı fəaliyyətlərini çoxaltdı. Oktar, guya elm adına ortaya çıxan darvinizmin əsl üzünü sübut etməyin ən təsirli yolunun yenə elmin özü olduğunu düşünürdü. Bu anlayışla, geniş araşdırma və fəaliyyətlərinin bir xülasəsi olan "Təkamül Nəzəriyyəsi " adlı bir kitab yazdı. Bu kitabın bütün xərclərini ailəsindən qalan daşınmaz əmlakı sataraq özü ödədi. Ardınca, bu kitabı universitet tələbələrinə pulsuz olaraq paylamağa başladı.

Bu kitab, təkamül nəzəriyyəsinin heç bir elmi əsası olmadığını və bir saxtakarlıqdan ibarət olduğunu göstərən əhatəli bir çalışma idi. Bu kitabı oxuyan və hörmətli Adnan Oktarla danışan bir çox insan təkamül nəzəriyyəsinin elmi əsası olmadığını açıq şəkildə başa düşürdü. Nəticə olaraq, heç bir canlının təsadüflər nəticəsində var ola bilməyəcəyi, kainatı və içindəki bütün canlıları Uca Allahın yaratdığı elmi, açıq və aydın bir üslubla isbat edilirdi. Yenə də, materialist düşüncəyə kor-koranə bağlı olan bəzi tələbələr -həqiqəti aydın şəkildə görmələrinə baxmayaraq- inkar etməyə davam edirdilər.

Bundan əlavə, universitetdəki bəzi tələbələr fəaliyyətlərini dayandırmadığı təqdirdə həyatını riskə atacağını söyləyərək hörmətli Oktarı açıqca hədələyirdilər. Bütün bu təzyiq və hədələr, hörmətli Oktarın Allaha olan bağlılığını və qərarlılığını daha da artırdı. Materialist və ateist dairələrin sərt reaksiyaları və qorxuları hörmətli Adnan Oktarın doğru yolda olduğunun əsas dəlillərindən biri idi.

Terrorun hökm sürdüyü, ateist və materialist axınların hakimiyyəti altındakı bir universitetdə dindar bir insanın istədiyi şəkildə fikrini izah etməsi və inanclarını müdafiə etməsi şübhəsiz ki, olduqca çətin idi. O illərdə Türkiyədə bir çox gənc, ideoloji gərginliklər səbəbi ilə, mərhəmətsizcəsinə qətl edilirdi. Bu şərtlər altında hörmətli Adnan Oktar, Allahın varlığını, birliyini və Quranın doğruluğunu açıq şəkildə təbliğ edirdi. Heç kimin inanclarını dilinə gətirməyə belə cəsarət edə bilmədiyi bir məktəbdə, qarşılaşdığı reaksiyalar və hədələrdən əsla qorxmadan, davamlı olaraq Molla Məscidinə gedərək namaz qılmağa davam edirdi.

 

MEMAR SİNAN UNİVERSİTETİNDƏ DİN ƏXLAQININ YAYILMAĞA BAŞLAMASI

Hörmətli Adnan Oktar Memar Sinan Universitetində İslam əxlaqını təbliğ etməyə başladıqda tək idi. Üç ildən çox bir müddət fikirlərini dəstəkləyən heç kim olmadı. Ancaq bu vəziyyət onun qətiyyətinə və qərarlılığına mənfi yöndən təsir etmədi. Tək dostunun Allah olduğunu bilir və bütün bunları yalnız Allahın razılığını qazanmaq üçün edirdi.

Bütün vaxtını, enerjisini və imkanlarını yalnız tək bir məqsədə yönəltdi: Allahın razılığını, rəhmətini və cənnətini qazana bilmək və din əxlaqını bütün insanlığa izah etmək...

1982-ci ildə, ilk dəfə, yenə Memar Sinan Universitetində oxuyan bir neçə gənc, hörmətli Adnan Oktarı fikri mübarizəsində dəstəkləmək qərarını verdilər. Aradan aylar, illər keçdikcə, bu fikirləri mənimsəyən gənclərin sayı artdı. Adnan Oktarın bu gənclərlə etdiyi söhbətlərin mövzuları arasında vətən və millət sevgisi, böyük lider Atatürkün izi ilə getməyin əhəmiyyəti, yaradılışın dəlilləri, peyğəmbərimizin nümunəvi əxlaqı, Quranda Rəbbimizin bildirdiyi əxlaqi dəyərlər və materializmin, ateizmin və darvinizmin etibarsızlığı kim mövzular əsas yer tuturdu. Bu dövrdə və bundan sonrakı həyatı boyu da hörmətli Adnan Oktar bir çox insanın iman etməsinə və din əxlaqına uyğun yaşamasına vəsilə oldu.

Daha ətraflı