Canlılardakı zülallar yalnız sol əlli amin turşularından əmələ gəlir

Zülalların əmələ gəlməsi üçün zəruri şərtlərdən biri də müvafiq amin turşularının düzgün sıralama ilə gəlməsindən əlavə düzgün rabitə ilə bir-birilərinə birləşməsidir. Amin turşuları arasındakı bu əlaqə demək olar ki, körpü kimidir. Həmin körpüdə amin turşularının bir-biri ilə birləşmə bucağı, istiqaməti, tərkibindəki atomların növü və sayı hər bir zülal üçün xüsusi olaraq hesablanmışdır. Məsələn, bir zülal zəncirindəki iki amin turşusu arasında əlaqə bucağı lazım olandan fərqli olsa, bu körpünün qurulmasına və bundan irəli gələrək zülalın əmələ gəlməsinə mane olacaqdır. Nəticədə, faydasız bir molekul meydana gələcəkdir. Beləliklə, amin turşularının bir-birilərinə birləşməsində bu xüsusi körpülərə peptid əlaqəsi deyilir.

 

Canlıların kimyəvi tərkibini tədqiq edən alimlərə canlı orqanizmlərdə olan molekulları təşkil edən atomların demək olar ki, hamısının kovalent rabitəsi adlı bir növ rabitə ilə birləşdikləri məlum idi. Lakin aparılan araşdırmalarda zülalları əmələ gətirmək üçün birləşən amin turşuları arasında isə yuxarıda qeyd edilən xüsusi bir əlaqənin olduğu aydın oldu. Bütün zülallar üçün bu dəyişilməz bir qaydadır.

Zülalların əmələ gəlməsində bu rabitənin vacibliyi birinci dəfə 1902-ci ildə Hofmeister və Fişer tərəfindən müəyyən edilmişdi. Bu iki tədqiqatçı bu xüsusi əlaqənin varlığını müəyyən etmək məqsədi ilə biuret adlanan bir sınaq həyata keçirdilər.8 Bu sınaq nəticəsində zülallarda vəzifə tutan xüsusi bir rabitənin varlığı müəyyən edildi.

Peptid rabitəsini digər rabitələrdən ayıran mühüm cəhət ondan ibarətdir ki, yüksək temperatur altında və ya buna bənzər yollarla çox tez qırıla bilir. Peptid rabitəsi yalnız yüksək temperaturda uzun müddət güclü turşu və ya qələvilərlə təsir etdikdə qırılır. Zülalların dözümlü olmaları da məhz bu peptid rabitəsi sayəsində təmin edilir.

Bu rabitənin qurulması üçün bir amin turşusundakı karboksil qrupu (yəni karbon, oksigen, hidrogen atomlarının daxil olduğu molekul) digər amin turşusunun amin qrupu ilə (azot və hidrogen atomlarının daxil olduğu molekul) birləşməlidir. Bu qaydada zülal zənciri boyunca rabitənin yarandığı yerlərdə əhəmiyyətli bir balans yaranır. Zülal molekullarının 80%-dən artıq hissəsinin əhatə edən bu rabitənin meydana gəlməsində su ayrılır.

Bu məqamda bir sual çıxır: dünyadakı canlıların molekulları bir-birilərinə kovalent rabitəsi ilə bağlı olduğu halda, amin turşularının arasındakı əlaqənin peptid rabitəsi olmasını təmin edən nədir?

Aparılan araşdırmalar göstərir ki, amin turşuları bir yerə yığıldıqları zaman aralarında yaranan rabitələrin təxminən 50%-ni peptid rabitəsi, qalanlarını isə digər rabitələr təşkil edir. Həmin bu digər rabitələrlə bağlanan zaman zülal molekulu əmələ gəlmir.9 Necə ki, müvafiq və lazimi zülalların əmələ gəlməsi üçün müəyyən növ amin turşularının müəyyən sayda, uyğun bir nizamla və hər amin turşusunun mütləq sol əlli olması şərti ilə düzülməsi gərəkirsə, eləcə də aralarındakı rabitənin də peptid rabitəsi olması vacibdir. Bu sadaladığımız şərtlərin biri belə həyata keçməzsə və ya əksik olarsa, zülal əmələ gələ bilməz. Bu məqamda unutmamalıyıq ki, orta hesabla bir zülal molekulu bir neçə yüz amin turşusundan ibarət ola bilər. Bu amin turşularının hər birinin digəri ilə peptid rabitəsi ilə bağlanma ehtimalı 50%-dir. Buna görə də, bir zülal molekulunun əmələ gəlməsi üçün yüzlərlə peptid rabitəsi qurulmalı və bunların hər birinin də ayrı-ayrı əmələ gəlmə ehtimalı 50%-dir.
Bura qədər izah edilənləri əsas götürərək,  bir zülalın əmələ gəlməsi üçün zülalların təşkil edildiyi amin turşusu zəncirlərinin hansı xüsusiyyətlərə malik olmalarının qısaca xülasəsini verək:

1. Təbiətdə mövcud olan 200-dən artıq amin turşusu növündən yalnız 20 növü canlı orqanizmlərdə mövcuddur. Həmin 200 növ amin turşusundan yaradılacaq zülal üçün lazım olanları seçilməlidir.

2. Seçilmiş amin turşuları bundan başqa sağ əlli deyil, məhz sol-əlli olmalıdır.

3. Amin turşularının müvafiq və lazım olanları seçildikdən sonra zülal əmələ gətirə bilmək üçün düzülüşləri də müəyyən nizama uyğun olmalıdır.

4. Seçilən amin turşularının düzgün sıralanmasından sonra onları bir-birinə bağlamaq üçün mütləq peptid rabitə qurulmalıdır.

Bir zülal molekulunun əmələ gəlməsi üçün yuxarıda qeyd edilən şərtlərin biri belə təsadüf nəticəsində əmələ gələ bilməz. Buna görə, təsadüfən həyata keçməsi bir neçə şərtin təsadüfən bir yerə yığılıb zülalı əmələ gətirmələri isə tamamilə mümkün deyil.

Molekulyar bioloqlar tərəfindən zülalların şans əsəri nəticəsində meydana gələ bilmə ehtimallarının olmadığı mövzusunda bir çox ehtimal hesablamaları aparılmışdır. Bu alimlər arasında  Harold Morovits, Fred Hoyl, İlya Priqoqin, Hubert Yoki ve Robert Sauer kimi məşhur alimlər vardır. Burada sadalananların təkamülçü alim olmalarına baxmayaraq, aldıqları nəticə zülal kimi makromolekulların təsadüfən meydana gəlmə ehtimallarının qətiyyən olmamasıdır.

Uzunluğu 100 amin turşusundan kiçik bir zülal molekulunun təsadüflər nəticəsində meydana gəlmə ehtimalının imkansızlığını belə bir riyazi hesabla görmək olar: 100 amin turşusundan ibarət zülalda bütün amin turşularının sol əlli olma  ehtimalı təqribən (1/2)100 və ya 1030-da 1-dir. Canlı orqanizmlərdəki zülallarda 20 amin turşusu iştirak etdiyinə görə, zülalları əmələ gətirən amin turşusu zəncirinin müəyyən bir hissəsində xüsusi bir amin turşusunun əldə olunması ehtimalı 1/20-dir. 100 amin turşusundan ibarət zülalı əldə etmə ehtimalı (1/20)100 və ya 10130-da 1-dir. Müəyyən bir amin turşusu zəncirində peptid rabitəsi əldə etmə ehtimalı təqribən 50%-dir. 100 amin turşusundan ibarət zülalda bütün rabitələrin peptid rabitəsi olma ehtimalı (1/20)100 və ya 1030-da 1-dir. Bu da təqribən sıfır deyiləcək qədər az bir ehtimaldır.

İndi isə bütün bu ehtimal hesablarını gözümüzün önünə gətirərək bütün əlaqələrin peptid rabitə olduğu, bütün amin turşularının sol əlli olduğu və amin turşuların müəyyən bir zülal üçün xüsusi sırala ilə düzüldüyü 100 amin turşusundan ibarət zülal zəncirində ehtimalların nəticələrinə baxaq. Belə ehtimal təqribən 10190-da 1 olur. Belə bir ehtimalın həyata keçməsi üçün dünyanın yaşı qədər uzun müddət verilsə belə, praktiki cəhətdən bu zülalın əmələ gəlməsi ehtimalı sıfırdır. Bundan başqa, riyazi olaraq təsdiqlənmişdir ki, 1050-də bir ehtimalı sıfır hesab edilməlidir, bunu nəzərə alaraq zülalın təsadüfən yaranma ehtimalının qəti olaraq qeyri-mümkün olduğunu açıq şəkildə görə bilərik. Hətta 10190 rəqəmi təqribən 4 ədəd 1050 rəqəmini əhatə etdiyini düşünsək, bu imkansızlık daha da aydın başa düşülər (1050.1050.1050.1040=10190). Bu nəticələrin nöqteyi nəzərindən dünyada məşhur biokimyaçı Maykl Bihi 100 amin turşusundan ibarət zülalda müvafiq bir düzülüşün əldə olunma ehtimalının gözləri bağlı bir insanın 8.6 mln km2 sahə böyüklüyündəki Saxara səhrasında işarələnmiş tək bir qum dənəsini tapa bilmə ehtimalından da az olduğunu ifadə etmişdir.

Bir zülalın belə təsadüfən yaranması bu qədər imkansız olduğu halda, canlı orqanizmlərdə fəaliyyət göstərən minlərlə növ zülalların təsadüfən yaranmasını, birləşərək hüceyrələri əmələ gətirməsini iddia etməyin nə qədər məntiqdən kənar olduğu göz qabağındadır. Bundan əlavə hüceyrədə fəaliyyət göstərən sadəcə zülallar deyil. Hüceyrə üstün bir şüurla yaradılmış olan zülalların və digər molekulların eyni şüur ilə misilsiz bir planla təşkil edilməsindən əmələ gəlmişdir. Hüceyrənin içində heç bir molekul boş yerə yaradılmaz, hər birinin özünə məxsus funksiyası vardır.

Zülalın yaranmasının hər mərhələsində bir şüur, bilik, iradə, ağıl, güc və tərtibatın varlığı açıq şəkildə görünür. Bunlar isə üstün bir yaradıcı olan Rəbbimizə aid olan xüsusiyyətlərdir. Allahdan başqa aciz və heç bir işə gücü çatmayan təsadüf kimi anlayışların və ya varlıqların yaradıcı qəbul edənlər böyük bir yanlışın və səhvin içindədirlər. Allah bir ayəsində belə buyurmuşdur:

Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir. (Kafirlər) isə Onun əvəzinə heç nəyə fayda verməyən, həm də özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verməyə qadir olmayan, öldürməyə, həyat verməyə və yenidən diriltməyə qüdrəti olmayanları özlərinə tanrı götürdülər. (Furqan surəsi, 2-3)