Zülalların dördüncülü quruluşu: birləşmiş zülallar

Təsəvvür edin ki, bir iş stolunun üzərində çoxlu telefonlar var və  telefonların şnurları bir-birlərinə qarışıb. Bu şnurları açıb hansının hansı aparata aid olduğunu anlamaq ilk baxışda qeyri-mümkün görünür. Zülallar da bəzən bir-birinə qarışmış bu telefon şnurları kimi olduqca qarışıq formada bükülərək bir-birilərinə qarışır.

Bir sıra zülallar öz funksiyalarını yalnız bu formada birləşdirdikdən sonra yerinə yetirə bilir. Lakin zülalların bir-birilərilə birləşərək böyük molekullar əmələ gətirə bilmələri üçün çox həssas tarazlıq təmin edilməlidir. Əgər iki zülal birləşəcəksə, hər ikisinin də forması əllə əlcəyin bir-birinə uyğun olması kimi uyğun olmalıdır. Əks halda, birləşə bilməzlər. Zülalların birləşmələri üçün zəruri olan bu uyğunluğa misal olaraq böyük pazl oyununu qeyd edə bilərik. Əgər bir pazl dənəsinin girinti və çıxıntısı yerinə oturmazsa, şəkil tamamlanmaz. Zülallarda da buna oxşar bir vəziyyət vardır. Birləşməli zülalların birinin belə əlaqə forması uyğun gəlməzsə, böyük bir molekul yararsız vəziyyətdə qalacaq.

Birləşmiş zülallar orqanizmdəki funksiyalarını yerinə yetirmək üçün bundan başqa da tam lazımi sayda birləşməlidir. Buna insulin hormonunu misal göstərmək olar. Bu zülal birdən çox amin turşusu zəncirinin birləşməsi ilə orqanizmdəki şəkər artığını depolama əmrinin verilməsini təşkil edir. İnsulinin quruluşundakı bir pozuntu bu molekulu yararsız vəziyyətə gətirir və insanın şəkər xəstəsi olmasına səbəb olur. Çünki insulin öz funksiyasını yerinə yetirmədiyi zaman orqanizmə daxil olan şəkər tam istifadə edilmədən və ehtiyac üçün depolanmadan orqanizmdən xaric olur. Bunun nəticəsində də orqanizmin fəaliyyəti zamanı lazım olduqda nə qanda, nə də depoda şəkər olmur. Başqa sözlə, hüceyrəyə lazım olan enerji qarşılanmır. Belə olan halda da ölüm qaçılmaz olur.
Eynilə, bu formada insan orqanizmində mövcud olan təxminən iki yüz növ hüceyrənin heç birində zülal strukturunda və formasında bir xəta yaranmamalıdır. Belə bir yaranış yalnız çox üstün bir yaradılışla yarana bilərdi. Belə ki, bu yaradılışın hər mərhələsində son mərhələnin, yəni məqsədin bilgisinə  uyğun plan qurulur və hərəkət edilir. Bir zülal olan və böyrəküstü vəzisinin hüceyrələri tərəfindən sekresiya edilən adrenalin hormonu yalnız lazımi quruluşda olduqda əzələ, qəlb və qan hüceyrələri tərəfindən tanınır və bu hüceyrədəki fəaliyyətlərə xəbərdarlıq verə bilir. Bunun nəticəsində də orqanizmin fiziki və maddi təzyiqlərə qarşı qorunmasını təmin edir. Eyni şəkildə, orqanizmdə öz funksiyasını yerinə yetirən bütün ferment zülalları da yalnız malik olduqları forma hesabına hüceyrələrin bölünməsində, enerjinin alınmasında, molekulların daşınmasında və bundan daha artıq funksiyaları heç bir əksikliyə yol vermədən yerinə yetirə bilir.
Müasir texnologiyanın bizə verdiyi imkanlarla canlı aləmin molekullarını tədqiq edən biokimyaçıları heyrətə gətirən bu molekullar haqqında əldə edilən hər yeni məlumat bu bənzəri olmayan yaradılışı daha da qabarıq şəkildə nümayiş etdirmiş və belə bir sistem qarşısında təsadüflərin məntiqdən kənar olduğunu göstərmişdir. Təkamülçülərin bu qədər mürəkkəb və üstün tərtibata malik quruluşların təsadüflər nəticəsində əmələ gəlmələrini iddia etmələri və təsadüflərə yaradıcı bir ilaha inan kimi inanmaları, çox mühüm bir məntiq pozuntusunun təcəssümüdür. Lakin ağıl, vicdan sahibi səmimi insanlar həqiqətləri görə bilənlərdir. Bu həqiqət Quranda belə bildirilir:

Sizin ilahınız Tək olan İlahdır. Ondan başqa ilah yoxdur, Mərhəmətlidir, Rəhmlidir. (Bəqərə surəsi, 163)