Zülalların ikincili quruluşu: spiralvari və təbəqəli quruluş

Bir zülal üçün lazım olan amin turşuları yan-yana gəldikdən sonra başqa möcüzəvi hadisələr də baş verir və hər bir amin turşusu yanında yerləşən amin turşusu ilə peptid rabitəsindən əlavə hidrogen rabitəsi ilə də bağlanır. Həmin bu rabitələrin yaranma şəkli amin turşularının düzülüşü boyunca alacaq olan forma və vəziyyətidir. Məsələn, bəzi toxumalarda amin turşusu daxil olduğu zəncirdə hidrogen rabitəsi ilə bağlandıqda spiral şəklini alır. Amin turşuları daxil olduqları zəncirdən kənar bir amin turşusu ilə zəif rabitə qurduqda isə pillələrə bənzər təbəqə quruluşları meydana gətirir.
Zəncirləri spiral şəklində olan zülallar telefon şnuruna bənzəyir. Eynilə, telefon şnuru öz oxu ətrafında daima qıvrılır. Saçdakı zülallar və bir əzələ zülalı olan miozin belə spiralvari quruluşa malikdir və bunun nəticəsi olaraq elastikdir. Çünki hidrogen bağları asanlıqla qırıla  və  bərpa oluna bilir.

Gündəlik həyatda hidrogen rabitələrinin insan orqanizmindəki zülallar üzərində təsirinin öyrənilməsi sahəsində müxtəlif imkanlar mövcuddur. Məsələn, qıvrım saçlar düzləşdiriləndə və ya düz saçlar burulanda saç zülallarının amin turşuları arasındakı hidrogen rabitələri qırılır və yeni rabitə qurulur.

İkincili quruluş pillələrə oxşar təbəqə şəklində olan zülallar isə spiralvari zülallar kimi elastik deyil. Lakin bu xassə ona bir çox canlı üçün çox mühüm olan bükülmə hərəkətini etməyə imkan verən forma verir. Məsələn, barama ipəyinin lifləri və hörümçəyin toru kimi digər zülallar paralel olaraq sıralanmış və bir-biriləri ilə hidrogen rabitəsi qurmuş zəncirdən təşkil edilmişlər. Bu zülalların onurğası bir hörük kimi aşağı-yuxarı qıvrılır. Bunun səbəbi isə peptid atomlarının zülal zəncirinə dik olaraq bağlanmalarıdır. Bunun hesabına belə formada olan zülallar elastik deyil, düz və büküləndirlər.

Zülallardakı bükülmələr canlıların orqanizmlərində hər zaman lazım olduqları yerdə olur. Hörümçək toru zülalları olan fibroinlərdə bükülmə xassəsi olmasaydı, hörümçəyin hördüyü tor heç bir işə yaramazdı. Çünki belə zülal quruluşu hörümçəyin toruna ovunu qaçırmamaq üçün möhkəmlik verir. Bunun sayəsində, hörümçək toru öz qalınlığına bərabər (1 mm-in mində biri ölçüsündə) poladdan 5 qat daha möhkəmdir.

Göründüyü kimi, zülalların quruluşu canlıların həyatlarını davam etdirmək üçün ən incə xırdalıqlara qədər qüsursuz və bənzərsiz tərtib edilmişdir. Heç bir təsadüf kainatdakı atomların hamısını bu qədər incə düşüncəli, uzaqgörənliklə hərəkət edərək heç bir qüsur olmayan hesablamalar apara və planlar qura bilməz.  Heç bir atom və ya təsadüfən meydana gələn heç bir hadisə zənciri hörümçək torunun istifadəyə ən uyğun şəklə düşməsi üçün bütün atomları təşkil etmə bacarığına, bilik və ağlına sahib deyildir. Bunun əksini iddia etmək isə ağılsızlıqdır.