CANSIZ ATOMLARI ZÜLALLARA ÇEVIRƏN QÜSURSUZ TƏRTIBAT

Bildiyimiz kimi, bütün canlılar hüceyrələrdən təşkil olunmuşdur. Məsələn, insan bədəni təqribən 100 trilyon hüceyrədən ibarətdir. Hər hüceyrə isə fasiləsiz olaraq canlının həyatı boyu ehtiyacı olan hər bir maddəni sintez edir. Canlıların hüceyrələrini yüksək texnologiya ilə təchiz edilmiş bir fabrik təsəvvür etsək, bu kitabın mövzusu olan zülallar, bu fabrikin maşınları, divarları, tavanı, pilləkənləri, qapıları və həttalacaqdır. Qısaca olaraq demək olar ki, zülallar hüceyrələrin həm inşaat materialı, həm də çox mürəkkəb maşınlarıdır. Bu səbəbdən də bir-birindən fərqli bir çox funksiyanı yerinə yetirən zülallar canlı aləmin əsas vahidi olaraq qəbul edilirlər. 

Məsələn, saç, dırnaq və tüklərdə sərt toxuma meydana gətirən keratin adlı maddə zülaldır. Bəzi zülallar əzələləri sümüyə bağlayan vətərlərdə olan möhkəm neylonabənzər bir maddəni təşkil edirlər. Dərinin hamarlığını, elastikliyini və sümüklərin möhkəmliyini təmin edən isə kollagen adlı bir başqa zülaldır. Arteriyaları əhatə edən kauçukabənzər elastik maddəni təşkil edən yenə də zülaldır. Torlu qişaya işıqla təsir etdikdə, görmə hissini yaradan isə rodopsin adlı zülaldır. Bu vaxt başqa zülallar də göz büllurunu əmələ gətirən şəffaf maddəni sintez edirlər. Hüceyrənin içərisinə molekulların giriş-çıxışını təmin edən xüsusi daşıyıcı zülallar vardır. Bütün canlı aləmin məlumatını özündə daşıyan DNT molekulu zülallar olmadan nüsxələnə (transkripsiya prosesi) bilməz, məlumat sintez edə və  hüceyrələrin bölünməsi təmin edə bilməz. Yəni zülallar canlıların ən kiçik həyat vahidi olan hüceyrələrin həm quruluşlarında, həm də çoxsaylı proseslərin yerinə yetirilməsində müxtəlif funksiyaları yerinə yetirirlər. Bəzi digər zülallar da hüceyrədəki kimyəvi reaksiyaların sürətini milyardlarla dəfə artıraraq katalitik funksiyası yerinə yetirir. Qrup halında fəaliyyət göstərərək hüceyrənin bütün kimyəvi hissələrini bərpa edirlər. Zülalların bərpaetmə xassəsi ilə yanaşı, parçalama xassəsi də vardır. Bu xüsusiyyətlərini istifadə edərək hüceyrələrdə olan böyük molekulları hüceyrənin istifadə edə biləcəyi sadə birləşmələrə parçalayır və hüceyrəni enerji ilə təmin etmək üçün lazım olan reaksiyaların alınmasını təmin edirlər. Əzələlərdəki dartılma hərəkəti üçün lazım olan elementləri təmin edən, yenə də əzələ hüceyrələrindəki xüsusi zülallardır.
Yuxarıda sadalananlar minlərlə zülal növlərindən sadəcə bir neçəsinə aid xüsusiyyətlərdir. Siz bu sətirləri oxuduğunuz zaman belə bədəninizdəki hər zülal növü həyatınızı sağlam şəkildə davam etdirə bilməniz üçün fasiləsiz olaraq fəaliyyət göstərir. Baxdığınız sətirləri oxuya bilmənizdən başlayaraq yemək yemənizə, bədəninizin inkişafına, xəstəliklərə qarşı müqavimətli olmanıza qədər bir çox ehtiyacınız hüceyrələrinizdə dayanmadan fəaliyyət göstərən zülallar tərəfindən qarşılanır. Sadəcə insan orqanizmində deyil, bitkilərdən tutmuş heyvan növlərinə və ən sadə bakteriyalara qədər bütün canlıların həyatı üçün zəruri olan fəaliyyətlərin hamısı zülalların hesabına reallaşır.
Kitab boyu bəhs ediləcəyi kimi, müəyyən sayda atomların birləşməsindən meydana gələn bu möcüzəvi molekullar bir-birləri ilə qüsursuz uyğunluq içində  böyük  ağıl və şüur nümayiş etdirərək inanılmaz funksiyaları yerinə yetirirlər. Bundan sonra izahı veriləcək hər bir məsələdə ağıl və vicdan sahibi hər bir insanın özünə verə biləcək  mühüm  sual doğur: cansız atomların birləşməsindən meydana gələn şüursuz, ağıl və bacarıqlarının olmaması gözlənilən zülal molekulları necə olur ki, qeyri-adi bir ağıl, təşkilatçılıq və məsuliyyət hissi ilə bütün bu işləri həyata keçirə bilir? Səmimi düşünən hər bir insan cavabın kainatdakı bütün varlıqların ən kiçiyindən tutmuş ən böyüyünə qədər sonsuz güc və elm sahibi olan Allah tərəfindən qüsursuz yaradılmasını görəcək və Allahın nəzarəti və əmri altında olduğunu qavrayacaqdır. Allahın bütün varlığın hakimi olduğu qeyd edilən bir ayədə belə xəbər verilib:

Mən, Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, (Allah) onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir. (Hud surəsi, 56)