Təbiətdə mövcud olan 200 amin turşusundan niyə yalnız 20-si zülallarda istifadə edilir?

Təbiətdə 200-dən artıq amin turşusu mövcuddur. Nəzəri olaraq, təbiətdə olan amin turşularının sayı isə bundan da çoxdur. İnsan orqanizmində belə, zülallarda istifadə edilənlərdən başqa çoxlu sayda amin turşusundan orqanizmin maddələr mübadiləsi funksiyaları üçün istifadə edilir. Yaxşı, bəs nəyə görə zülallar ətraflarında başqa amin turşuları varkən, məhz bu 20 amin turşusunu seçirlər?
Bu suala zülalların quruluş və funksiyalarına əsasən cavab verə bilərik. Belə ki, yaşamaq üçün lazım olan zülallar funksiyalarını yerinə yetirmək üçün müəyyən xassələrə sahib olmalıdırlar və onlara da bu xassələri verən ən mühüm ünsürlərdən biri amin turşularıdır. Məsələn, amin turşularından bir hissəsinin hidrofob, yəni suda həll olmayan xassəyə malik olan yan zəncirləri olmalı və bu yan zəncirlər çox böyük olmamalıdır ki, onları zülalın içinə yerləşdirmək mümkün olsun.

Bir sıra amin turşularının yan zəncirləri “α spiral” və “β təbəqə” əmələ gətirmək kimi iki xassəyə malikdir. Çünki bu xassələr sayəsində zülal üçölçülü forma alır və  həmin zülalın  funksiyasını yerinə yetirməsi üçün zəruri hesab edilir. 
Aparılan tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, zülallarda istifadə edilən 20 amin turşusunun çox hissəsinin hidrofob yan zəncirləri var, onların yarısı α-spiral, yarısı isə β-təbəqə xassəsinə malikdir.
Bu 20 amin turşusunun səciyyəvi xüsusiyyətləri ayrılıqda tədqiq edildikdə, onların hansı səbəbdən zülallar üçün mühüm olaraq seçilmiş olmaları ortaya çıxır. Məsələn, ən kiçik və ən sadə amin turşusu olan qlisin belə ən əhəmiyyətli zülallardan olan kollagendə çox  mühüm bir funksiya daşıyır. Kollageni təşkil edən hər üç amin turşusundan biri qlisindir və onun kiçik ölçüsü kollagen molekulunun quruluşunda vacib rol oynayır. Belə ki, bu amin turşusu zülalı təşkil edən zəncirlərin birlikdə bükülmələrini təmin edir. Bu kollagen liflərinin dartınma müqavimətini artırır. Məlum olduğu kimi, kollagen lifləri poladdan daha güclü müqavimət gücünə sahibdir. Əgər bu zülalın tərkibində qlisin əvəzinə başqa amin turşusu istifadə edilsəydi, kollagen lifləri bu qədər müqavimət gücünə malik olmazdı. Eyni zamanda, qlisin olmasaydı, kollagen lifləri canlıların hüceyrələrini bir-birinə birləşdirə biləcək gücə malik olmazdırlar.
Yuxarıda qısa formada izah edildiyi kimi, zülalları təşkil edən 20 amin turşusunun, təbiətdə mövcud olan 200 amin turşusunun arasından seçilməsində bir şüur və plan vardır. Əgər bu seçim təsadüfən olsaydı, həyatın davam etdirilməsi üçün lazımi zülallar heç zaman yarana bilməzdi. Tək bir amin turşusunun lazım olduğundan fərqli olması, onun ən mühüm funksiyasının bitməsi deməkdir, elə bu səbəbdən də canlı aləm barədə danışmaq belə mümkün olmazdı.
Göründüyü kimi, canlı aləmin hər mərhələsində şüurlu bir dizayn və ağıllı seçim və nizam vardır.