Bədənimizi yad cisimlərdən qoruyan zülallar: Antitellər

Bildiyimiz kimi, canlıların orqanizmləri olduqca həssasdır. Canlıların həyatını təmin edən sistemlərdəki ən kiçik bir dəyişiklik və ya içəri daxil olan bir metrin milyardda biri qədər kiçiklikdə bir yad cisim bütün sistemi dağıtmağa və ya çox böyük zərər vurmağa kifayət edə bilər. Yaxşı, bəs bu qədər həssas bir sistem necə qoruna bilir? Hər canlının orqanizmində, həmin canlını zərərli maddələrdən qorumaq üçün hazır saxlanılan və eynilə, ölkələrin müdafiə sistemlərində olan tam təchizatlı ordular kimi təminatlı müdafiə heyəti var. Hətta bu günə qədər məlum olan ən çox əsgəri olan ordu budur. Bədəndə mövcud olan təxminən 100 trilyon hüceyrənin əhəmiyyətli bir hissəsi “müdafiə sistemi hüceyrələri” olaraq bu ordunun əsgərlərini təşkil edir. Bu hüceyrələr bədənin hər bir hissəsinə yayılan qanın içində olur və bədənin hər kvadrat millimetrini nəzarət altında saxlayırlar. Həmin bu əsgərlər təkmilləşmiş texnologiyası olan silahlardan istifadə edirlər. Müdafiə sistemi hüceyrələrinin istifadə etdiyi bu müxtəlif çeşidli mükəmməl silahlar bir növ zülal olan antitellərdir.

Orqanizmin müdafiə ordusunda bu qədər mühüm rol oynayan antitellər kürəvi quruluşa malik olan zülallardır. Bu səbəbdən də, bu zülallar kürəvi mənasını daşıyan “immunoqlobulin” (immunitet qlobulini) adı ilə adlandırılmışdır. Hüceyrə səthində yerləşən bu zülallar qısaca olaraq, “İg” hərfləri ilə göstərilir.

Antitellər sümük iliyində sintez edilən B hüceyrələri tərəfindən sintez edilirlər və yad cisimlərə qarşı istifadə edilən müxtəlif xüsusi hazırlanmış silah hesab edilir. Bəziləri limfalarda sərbəst halda müəyyən edilir. Plazmada olan zülalların 20%-ni bədəndə olan mayedəki antitellər təşkil edir. Bu zülalların ən mühüm xassəsi orqanizmə daxil olan yad cisimləri orqanizmə lazım olan  maddələrdən ayırmaları və onları qısa zaman ərzində zərərsizləşdirmələridir. Burada diqqət yetirməli olduğumuz bir sual meydana çıxır: bu zülallar belə bir ağır işin öhdəsindən necə gələ bilirlər? Müəyyən sayda cansız atomun birləşməsindən əmələ gələn bu zülallar necə olur ki, yad və zərərli maddələri digərlərindən ayırd edə bilir? Həmçinin, onların əmrləri qavraya bilən beyinləri və ya dərk etmə sistemləri yoxdur.

Antitellər orqanizmə daxil olan yad cisimləri tanıya bilmə bacarığından savayı, həmin cisimlərlə birləşmə bacarığına da sahibdirlər. Bu xassə sayəsində antitellər müəyyən molekullarla, ya da orqanizmin yad cisim kimi müəyyən etdiyi molekul hissələri, ilə yəni antigenlərlə birləşərək qüsursuz 3 ölçülü forma əmələ gətirir. Antigenlər yad cismin üzərində olan və antitel sintezinə təkan verən xəbərdaredici molekullardır. Orqanizm daxilində gözətçi müdafiə hüceyrələri antigeni müəyyən etmələrilə müdafiə sistemi xəbərdar edilir və dərhal orqanizmə daxil olan yad cismə uyğun antitellər sintez edilməyə başlanır. Antigenlə ona uyğun olaraq sintez edilən antitel birləşdirkdə antigen-antitel kompleksi əmələ gəlir və antigen zərərsizləşir. Antigenlər antitellərlə birləşdikdə əmələ gələn reaksiyalar nəticəsində 5 müxtəlif əks təsir meydana çıxır. Bunlar aşağıdakılar kimi şərh edilə bilər:

Aqlyutinasiya: antitellər antigenlərlə birləşir və bu yolla antigenlərin fəaliyyəti dayandırılır.

Çökmə: antitel və antigenlər bir kompleks meydana gətirir və bu qarışıqda ayrılaraq çöküntü əmələ gətirir.

Neytrallaşma: antitel yad cismin zəhərli hissəsini örtür və zərər verməsinin qarşısını alır.

Əritmə: antitel antigenlə birləşdirkdən sonra onun hüceyrəsinin membranın əriməsinə səbəb olur. Hüceyrənin quruluşu pozulduğuna görə, antigen zərərsizləşir.

Birləşmə sistemi: bu sistem plazmada rast gəlinir, lakin normal halda aktiv olmur. Antigen-antitel birləşməsi bu sistemi hərəkətə gətirir. Nəticədə, xəbərdarlıq edilən bu sistem bir sıra reaksiyalara girir. Bu sistemin fermentləri mühitdəki xəstəlik törədicilərini məhv edir.
Müdafiə sistemi haqqında verilən bu məlumatlar düşünən və həqiqətlərə gözlərini bağlamayan insanlar üçün çox əhəmiyyətli məlumatı ehtiva edir. Biz heç vaxt fikir vermirik, amma bədənimizdə olan bütün molekullarımız fasiləsiz olaraq fəaliyyət göstərir. Orqanizmə daxil olan yad bir cisimdən xəbərdar olmağımız əksər hallarda mümkün olmur. Amma bizim təşkil olunduğumuz bəzi molekullar bunu özlərinə vəzifə bilir və bizi müdafiə etmək üçün təmin edilmişlər. Möcüzəli hadisələrlə zəngin olan bu müdafiə sistemində, hər şeydən əvvəl, atomlar atomları taniyabilən, onlara qarşı aidiyyatı hüceyrələri tanıyan, “düşmən”ə qarşı ən təsirli silahı həmin anda sintez edən, “düşmən”ini dərhal tanıyaraq tutabilən atomlardan təşkil edilmiş şüursuz zülallar və molekullardır. Bəs onlara bu şüurlu hərəkətləri etdirən güc və ağıl kimə aiddir? Bunların hamısı canlılardakı qüsursuz yaradılışın tək sahibi olan Allaha aiddir.

Digər bütün yaradılış möcüzələri kimi, müdafiə sistemi də təkamülçülərin çox əhəmiyyətli dərəcədə çıxılmaz vəziyyətdə olduqları məqamlardan biridir. 100 milyon müxtəlif növ antitel sintez edə bilən bu sistem ilk dəfə gördüyü bir “düşmən”i belə tanıyabilir və ona uyğun antitel sintez edir. Bunun necə həyata keçdiyi, elm adamları üçün hələ də sirr olaraq qalır. Lakin çox aydın bir həqiqət var ki, bu sistem heç bir halda təsadüflər nəticəsində əmələ gələ bilməz. Həmçinin, Kaliforniya Universitetindən Biologiya üzrə professor Kristofer Vills təkamülçü olmasına baxmayaraq, “Genlərin müdrikliyi” adlı kitabında müdafiə sistemi haqqında belə etiraf etmişdir:

Müdafiə sistemi biologiya elmində ən qarışıq və ən təhrikçi elmi problemlərdən biridir. Minlərlə, milyonlarla il ərzində insanı ov seçmiş xəstəliklərə qarşı bu sistemin bizi necə qoruduğu artıq bizə məlumdur. Hətta bizi heç vaxt rastlaşmadığımız xəstəliklərə qarşı qoruya biləcəyini kəşf etmişik. İmmun sistemimiz bu işi heç zaman rastlaşmadığı molekullarla belə özünəməxsus şəkildə birləşə bilən bir sıra zülallar, immunoqlobulinlər vasitəsi ilə həyata keçirir. Bu, bizi təkamüldən danışarkən yayınmaq istədiyimiz bir mövzuya təhrik etmiş kimi görünür. İmmun sistemimiz gələcəyi necə görə bilir və yeni xəstəliklərlə mübarizə aparmaqda bizə kömək edən immunoqlobulinləri necə sintez edir?

Təkamülçülər bu suala cavab verə bilmirlər. Çünki təkamülçülərin “Bu necə yaranmışdır?”, “Bu necə meydana gəlmişdir?” kimi suallara verəcək yalnız bir cavabları var: “təsadüf nəticəsində”. Buna baxmayaraq, immun sistemi və buna bənzər sistemlər daha dərin tədqiq edildikdə bu hadisələrin mənşəyinə dair suallara “təsadüfən” demək, ifadə edilməyən dərəcədə məntiqsizlikdir. Bu səbəbdən də, təkamülçülər bu mövzulara toxunmaqdan yayınırlar və ya çarəsizliklərini etiraf edirlər.

Canlı aləmin ən kiçin parçasına qədər Allah tərəfindən yaradıldığı bu qədər açıq olmasına baxmayaraq, təkamülçü alimlərin bu həqiqəti gözübağlı rədd etmələri böyük bir möcüzədir. Allah belə insanlar üçün Quranda belə demişdir:

Sizi Biz yaratdıq. Bəs nə üçün (dirildiləcəyinizi) təsdiq etmirsiniz? Axıtdığınız nütfəni gördünüzmü? Onu siz yaradırsınız, yoxsa Biz? Sizin aranızda ölümü Biz müəyyən etdik və heç nə Bizim qarşımızı ala bilməz. Sizi bənzərləriniz ilə əvəz etməyə və sizi özünüz bilmədiyiniz başqa bir şəkildə yaratmağa (Bizə mane olan tapılmaz.) Siz ilk yaradılışı bilirsiniz. Bəs nə üçün (dirildiləcəyiniz barədə) düşünmürsünüz? (Vaqiə surəsi, 57-62)