Rabitələrin gücü uyğun olmalıdır

Zülalların əmələ gəlməsi üçün lazım olan rabitələr məlum digər güclü rabitələrdən daha fərqlidir. Digər qüvvətli kimyəvi rabitələrlə zülalların üçölçülü şəkildə spiralvari forma alması qeyri-mümkündür. Belə ki, qurulacaq rabitənin qüvvəsi molekulların bir-birilərinə lazım olduğundan daha çox yaxınlaşmasına və bununla da zülalın səciyyəvi xüsusiyyətlərini itirməsinə səbəb olur. Buna görə də bütün xüsusiyyətləri və gücü xüsusi olaraq müəyyən edilən bu rabitələr zülalın qıvrılması üçün ən ideal rabitələrdir.

Bundan başqa, zülalların fəaliyyət sürətləri də bu rabitələrin hesabına təmin edilir. Məşhur bioloq J. Vatson bu mövzuda belə bir izahat vermişdir:

Bir zülal olan ferment kompleksi hər hansı istilik dalğaları ilə təsir edildiyi zaman termiki dalğalanmada çox cəld birləşə və ayrıla bilirlər. Bu fakt fermentlərin hansı səbəbdən bu qədər güclü fəaliyyət göstərmələrini aydınlaşdırır. Bəzən o qədər cəlddir ki, saniyədə 106 dəfə bu prosesləri həyata keçirə bilir. Əgər fermentlər bir-biriləri ilə daha qüvvətli rabitələrlə bağlansaydılar, bundan çox aşağı sürətlə hərəkət edərdilər.