Zülalların üçüncülü quruluşu

Zülallar ikincili quruluşlarında aldıqları formadan sonra bir-birilərinə yaxınlaşan və uzaqlaşan amin turşularının təsiri ilə bükülür, qatlanır və bəzən də ani çevrilərək tam yeni bir forma alır. Bu formada zülalın fəaliyyəti üçün olduqca əhəmiyyətli olan üçölçülü forma meydana gəlir. Bu bükülmə və qatlanmaların səbəbi amin turşularının yan zəncirlərinin arasındakı qarşılıqlı təsirdir. Bəs onda bu qarşılıqlı təsirin nəticəsində bütün canlı sistemlərin fəaliyyəti üçün bu qədər mühüm olan bükülmə necə həyata keçir?

Zülallardakı amin turşularının yan zəncirləri bəzi təsirlərin nəticəsində bir-birini cəzb edir və ya itələyir. Bu cəzbetmə və itələmə hərəkətlərinin yaranmasında beş əsas amil rol oynayır. Bunlar hidrogen rabitəsi, disulfid rabitə, ion rabitəsi, van der vaals qüvvələri və yan zəncirlərin digər qarşılıqlı təsirləri əks və ya əks olmayan təsirlər olaraq xarakterizə edilə bilər.

Bu xüsusi bağlar vasitəsilə amin turşularının bəzi hissələri bir-birilərinə yaxınlaşır, amin turşusu zənciri öz üstünə qatlanır, zülalların müəyyən zaman içərisində və müəyyən bucaq altında bükülmələri təmin edilir, zülal molekulunun üçölçülü forması sabit qalır və hüceyrədən kənardakı mühitdə açılmasının qarşısı alınır.

Aparılan sınaqlar bu rabitələrin olduqca  əhəmiyyətli olduğunu göstərir. Belə ki, bu rabitələrin hər biri zülal molekulu boyunca fərqli hissələrdə ön plana çıxaraq zülalın tam istənilən formaya salınmasını təmin edir. Məsələn, bir zülalın sadəcə müəyyən hissələrində qurulan disulfid rabitələri həmin hissələrdə xüsusi bir bükülməni təmin edir; həm də həmin hissədə nə qədər buna ehtiyac varsa, o qədər... Eyni qaydada digər qüvvələr də zülalların müəyyən amin turşularının hissələrində müəyyən vaxtlarda fəaliyyət göstərərək zəncirin bəzi qisimlərinin bir-birindən uzaqlaşmasına səbəb olur. Bir zülalın lazımi formasındakı bükülmələr və qıvrılmaların hər hansı biri olmazsa, zülal yararsız vəziyyətə düşər.