Zülalların suda sintez edilməsi problemi

Əvvəlki mövzularda da qeyd etdiyimiz kimi, amin turşuları zülalı təşkil etmək üçün kimyəvi baxımdan birləşərkən “peptid rabitəsi” adlı xüsusi rabitə qururlar. Belə rabitə qurularkən bir su molekulu əmələ gəlir.

Bu vəziyyət ibtidai həyatın dənizlərdə meydana gəldiyini irəli sürən təkamülçü iddianı əsassız edir. Belə ki, kimyada Le Şatelye prinsipi kimi tanınan qaydaya görə, əgər reaksiya nəticəsində su ayrılırsa (kondensasiya reaksiyası), belə reaksiya sulu mühitdə qurtara bilməz. Sulu mühitdə belə bir reaksiyanın həyata keçməsi kimyəvi reaksiyalar arasında həyata keçirilmə ehtimalı ən az olan reaksiya kimi müəyyən edilmişdir.

Zülallar canlı aləmi formalaşdıran dörd böyük ana molekul qrupundan biridir (digərləri isə nuklein turşuları, lipidlər və karbohidratlardır). Hər molekul qrupunda atomlar müxtəlif şəkillərdə düzülürlər. Belə düzülüşün sayəsində müxtəlif xüsusiyyətlər qazanır və bu xüsusiyyətlərə görə də özlərinə öhdəlik götürürlər.
Molekullardakı atomların düzülüşü o qədər həssas və  əhəmiyyətlidir ki, çox qısa  zamanda tək bir zülal molekulunun atomları lazımi qaydada düzülmədikdə orqanizmdə bərpa oluna bilməyən zərərlər meydana gələ bilər. Misal olaraq, görmə hadisəsini göstərə bilərik. Ən müasir kameralardan belə daha çox üstün  texnologiyaya malik olan gözdə görmə hadisəsinin həyata keçməsi üçün bir çox zülal öhdəlik daşıyır. Bu, kamerada təsvirin əldə olunması üçün nəzərdə tutulan bir çox tərkib hissənin öz işini görməsinə oxşayır. (Ancaq burada qeyd edilməlidir ki, göz və kamera sistemləri arasında bir bənzərliyin olmasına baxmayaraq, kameranın hissələrinin heç vaxt gözdəki zülalların əmələ gətirdiyi aydınlıq və mükəmməllikdə bir təsviri yarada bilməyəcəyi aydın şəkildə sezilir. Bu hal bu gün ən son texnologiya ilə istehsal olunan kameralara da şamil edilir). Bu tərkib hissələrdən birinin korlanması kamerada təsvirin əmələ gəlməsinə mane olacaqdır və ya korlanmasına səbəb olacaqdır. Eyni şəkildə, görmə prosesində öhdəlik daşıyan zülalların biri belə lazımi molekulyar quruluşa malik olmazsa, görmə prosesi bir anda korlana bilər. Məsələn, rodopsin gözün işığa qarşı reaksiyasını təmin edən bir zülaldır. Rodopsinin quruluşundakı ən kiçik pozuntu bu prosesin pis işləməsinə səbəb olur. Eyni qaydada, torlu qışadakı koni hüceyrələrdə rəngli görməni təmin edən zülalların quruluşlarındakı pozuntu da rəngli görməyə mane olar. Başqa bir misal, gözü ultrabənövşəyi şüaların zərərli təsirindən qoruyan melanin zülalı öz vəzifəsini yerinə yetirməzsə, gözdə katarakta xəstəliyi əmələ gələr.

Yuxarıdakı misallardan göründüyü kimi, zülallara təyin edilən vəzifələri yerinə yetirə bilmək üçün onlar ən uyğun molekulyar quruluşa malik olmalıdırlar. Bu məqsədlə, zülalları təşkil edən amin turşularının molekulları da ən uyğun şəkildə nizamlanmış olmalıdır. Amin turşuların quruluşunda da zülallarda olduğu kimi, müfəssəl bir tərtibat və qüsursuz bir proses hakimlik edir.